İnsana günahın özündən daha pis təsir qoyan işlər
Mьəllif: admin1
Tarix: 5-02-2018, 21:57
İnsana günahın özündən daha pis təsir qoyan işlər
Təfəkkür və idoloji məktəblər insana tərif verərkən ona “düşünən varlığ” adı vermişlər. Düzdür digər canlılarda da düşünmək qabiliyyəti olsa da, bu onlarda səthi baş verir. İnsan isə fərqli olaraq dərin və ətraflı düşünmək istedadına malikdir.

Bu dərin düşüncə və təfəkkür istedadı insanda bir neçə növ dünyagörüşü formalaşdırır ki, bunlardan biri də din dünyagörüşüdür. Toxunmaq istədiyimiz günah və savab anlayışları məhz bu növ dünyagörüşünü formalaşdıran bir amillərdəndir. Din dünyagörüşünün əsası Allaha etiqaddır.

İnsan mənəviyyat baxımından ucalan, kamilləşən və yaxud əksinə rəzil və alçalan bir varlıqdır. Onun bu eniş və yüksəlişi müəyyən amillərlə bağlıdır ki, bu amillər ümumi mənada günah və savab adlanır.

Yəni bu amillər fərddə, içtimayətdə, ələxsus mənəviyyatda buraxdığı təsirlərə görə mənfi və müsbət hesab olunur. İnsanı insanlığın meyar göstəricisində aşağıya doğru (mənfiyə) aparan əməllər günah, müsbətdə (yuxarıya doğru) yüksəldən əməllər savab kimi dəyərləndirilir.

Məlum olduğu kimi günah insanı insanlığın meyar göstəricisində aşağıya (mənfiyə) doğru çəkir. İnsan günühlara aludə olduqca bu göstəricidə alçaldıqca alçalır. Necəki Quran buyurur:

Biz insanı ən gözəl biçimdə yaratdıq!

Sonra da onu qaytarıb alçaqların alçaqı edərik (əsfələ safilin)!

Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! (Tin 4-6)

Ayədən də göründüyü kimi insan, insanlığın meyar göstəricisində enmə və yüksəlmə (mənfi-müsbət) qabiliyyətinə malikdir. Bu enmə və yüksəlmənin də hərəkət verici amili savab və günahlardır.

Məlum olduğu kimi günah insanı rəzil və alçaqlığa məhkum edir. Amma bəzi işlər vardır ki, onların nəticəsi günah işin özündən də pisdir. Bu, etdiyi pis işə sevinmək, bu işdən nəticə çıxarmayıb əksinə pis əməli ilə fəxr edib qürrələnmək, hələ bu azmış kimi başqalarının yanında da danışmaqdır.

Allah Rəsulu (s) günahın özündə də betər olan, insanı alçatdıqca alçaldan amillərə toxunaraq, bu amilləri belə sadalayıb:

“Günahın daxilində 4 şey vardır ki, günahın özündən daha pisdir:

Günahı kiçik bilmək,

Əməli ilə iftixar etmək,

Etiyi əməli ilə şad (xoşhal) olmaq,

Bu işlərinə israrçı olmaq!” (Mustədrək 11/349)

İnsan, mənəviyyatının və iradəsinin gücü yetdiyi qədər günah və rəzil işlədən çəkinməlidir ki, insanlığını əldən verməsin. Buna gücü yetməssə ən azından etiyi pis işlərlə qürrələnib fəxr etməsin ki, Quranın buyurduğu kimi alçaqların alçağı səviyyəsinə (əsfələ safilinə) enməsin.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930