Qurani-Kərimin ərəb dilində olmasının səbəbləri
1. Allah-Təala Quranda buyurur: “Biz elçimizi öz qövmünün dilində göndəririk”. Yəni, Həzrət Peyğəmbərin (s) bir ərəb olaraq ərəbcə danışdığına və yaşadığı mühitin də ərəb mühiti olduğuna görə Quran Ərəb dilində nazil olub.
2. Dilçi alimlərin nəzərinə görə ərəb dili başqa dillərə nisbətən çox tutuma malikdir. Yəni, az kəlmə ilə çoxlu məna ifa etmək mümkündür. Ona görə də Quran bu dildə nazil olub. 3. Ərəb ləhcələri çoxdur. Quranın ərəbin fəseh dilində nazil olması onu digər ərəb ləhcələrindən qoruyub saxlayıb. Hacı Əhliman Rüstəmov – “Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq” www.ahliman.info Oxşar xəbərlər
|