MƏZLUM NALƏSİNİN TƏSİRİ
İslam dünyagörüşündə bəzi günahlar nemət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır.
Bəzi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir. Həzrət Əlinin (ə) nəzərincə, Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi nemətləri bədbəxtliyə çevirən, digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid), həm də dünyəvi ola bilər. Demək, bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı nemətlərdən məhrum edib, onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət Əli (ə) buyurur: “Allahın nemətlərini zillətə çevirməkdə, Allah qəzəbini tezləşdirməkdə zülmdən təsirli amil yoxdur. (Yəni Allah bəndələrinə zülm nemətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən təsirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.” Oxşar xəbərlər
|