Peyğəmbərin (s) mübarək dilindən axıril-zamanın əlamətləri
Mьəllif: admin1
Tarix: 6-02-2018, 14:51
Peyğəmbərin (s) mübarək dilindən axıril-zamanın əlamətləri
Abdullah ibni Abbas nəql edir: “Allahın Peyğəmbəri (s) ilə həccə getmişdik. O həcc ki, ondan sonra Peyğəmbər (s) vəfat etmişdi. Allahın Peyğəmbəri (s) Kəbənin qapısından tutdu və mübarək üzünü bizə çevirib, buyurdu: İstəyirsinizmi ki, sizə Qiyamətin əlamətlərindən xəbər verim?

O günü Salman hamıdan daha çox Həzrətə (s) yaxın idi və Peyğəmbərin (s) sualına cavab olaraq dedi: “Bəli, ya Rəsualllah!”.

Həzrət (s) buyurdu: “Qiyamətin əlamətlərindən biri budur ki, namaz zay olacaqdır. Yəni, müsəlmanların arasından gedəcəkdir. Şəhvətin ardınca düşəcəklər. İnsanlar havayi-nəfslərinə tərəf meyil edəcəklər. Böyük mal və məqam əldə edəcəklər. İnsanlar onlara təzim edəcəklər. Din dünyaya satılacaqdır. O zamanda imanlı insanların qəlbi gördükləri və dəyişə bilmədikləri münkərlərə görə su olacaqdır. Necə ki, duz suda həll olar”.

Salman təəccüblə soruşur: “Ya Rəsulallah! Həqiqətən də belə bir gün gələcəkdirmi?”.

Buyurdu: “Bəli, canım əlində olan Allaha and olsun ki. Ey Salman! O zaman müsəlmanların vilayət və rəhbərliyini zalım əmirlər əllərinə alacaqlar. O əmirlər ki, fasiq vəzirlərə və zalım mütəxəssislərə malik olacaqlar.

Ey Salman! O zamanda münkər məruf və məruf münkər olar. Xain əmin kimi tanıdılar. Əmin insan xəyanət edər. Yalançını təsdiq edərlər və doğruçunu inkar edərlər.

Ey Salman! O zamanda qadınlar əmirliyə çatarlar və kənizlər məsləhət verərlər. Uşaqlar minbər başına çıxarlar. Yalan bir növ zirəklik, beytul-malı yemək isə bir növ qənimət hesab olunar. Kişi ata və anasına cəfa edər, ancaq dostlarına yaxşılıq edər. Quyruğu olan ulduz doğar.

Ey Salman! Bu zamanda qadın əri ilə birlikdə ticarətdə iştirak edər. Yağış öz fəslində yağmaz, bəlkə isti yay günündə yağar. Kərim insanları çox qəzəbləndirərlər. Yoxsul insan təhqir olunar. O zamanda bazarlar bir-birinə yaxın olarlar. O zaman ki, biri deyər: “Mən bir şey satmamışam”, o birisi deyər: “Mən mənfəət əldə etməmişəm”. Elə deyər ki, hər bir eşidən başa düşər ki, Allaha pis sözlər deyir.

Ey Salman! Bu zamanda onlara elə qövm hakim olacaqdır ki, əgər dodaqlarını tərpətsələr, öldürülərlər. Əgər bir şey deməsələr, düşmənlər bütün şeylərini özləri üçün mübah və halal bilərlər. Beytul-mallarını kisələrinə doldurar, namuslarına təcavüz edərlər. Qanlarını tökər və qəlblərini qorxu ilə doldurarlar. O günü möminləri qorxu, dəhşət halından qeyrisində görməzsən”.

Allah Təala axıril-zamanın fitnələrindən cəmi insanları amanda saxlasın!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031