Həyat yoldaşına daha çox ehtiram qoyan – Allah yanında ən əzizdir
Mьəllif: admin1
Tarix: 8-02-2021, 11:41
Həyat yoldaşına daha çox ehtiram qoyan – Allah yanında ən əzizdir
Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman bir kişinin xoşbəxtliyi layiqli həyat yoldaşına, böyük evə, minik üçün rahat vasitəyə və yaxşı övlada malik olmaqdadır”.

İmam Əli (ə) buyurur: “Həyat yoldaşınla xoş rəftar et ki, həyatın səfalı olsun”.

İmam Baqir (ə) buyurur: “Sizdən Allah yanında ən əzizi o kəsdir ki, həyat yoldaşına daha çox ehtiram qoyar”.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, kişi öz xanımına baxar və xanımı da ona baxar, Allah rəhmət nəzəri ilə onlara baxar”.

Həzrət Zəhra (s.ə) buyurur: “Sizlərdən ən yaxşısı o kəsdir ki, insanlarla rəftarda daha mülayim və daha mehribandır. Ən dəyərli insan o kəsdir ki, həyat yoldaşı ilə mehriban və bağışlayan olar”.

İmam Sadiq (ə) buyurur: “Beş şey vardır ki, əgər insan ona malik olmasa, daima həyatında çatışmamazlıq olar, nigaran olar: 1. Sağlamlıq. 2. Təhlükəsizlik. 3. Çoxlu ruzi. 4. Birlikdə olan həmrəyi. Soruşurlar ki, bu kimdir? Buyurur: Yaxşı həyat yoldaşı, övladı və yoldaşı. 5. Rifah və rahatlıq”.

İmam Səccad (ə) buyurur: “Qadının haqqı budur ki, biləsən Allah Təala onu sənin rahatlıq və ünsiyyət mənbəyin qərar vermişdir. Bu nemət - Onun tərəfindəndir. Ona görə də ona hörmət et və onunla mehriban ol. Baxmayaraq ki, sənin haqqın ondan vacibdir, ancaq bu, onun haqqıdır ki, onunla mehriban olasan”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən ən yaxşısı o kəsdir ki, xanımı üçün ən yaxşısı olsun və mən sizin aranızdan xanımım üçün ən yaxşısıyam”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, beş şey onda olmaz, həyatı xoşagələn olmaz: sağlamlıq, təhlükəsizlik, ehtiyacsızlıq, qənaət və üzüyola həyat yoldaşı”.

İmam Əli (ə) buyurur: “Hər kim pis əxlaqlı olar, ailəsi ondan yorular”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah buyurur: “Əgər müsəlman bir bəndəyə dünya və axirət xeyiri əta etmək istəsəm, ona layiqli və saleh həyat yoldaşı verərəm ki, nə zaman üzünə baxsa, qəlbinə sevinc daxil olsun””.

Həzrət Peyğəmbər (s) buyurur: “Qadınların üçünün qəbir əzabı olmaz və Qiyamət günü də Həzrət Zəhra (s.ə) ilə məhşur olar: o qadın ki, həyat yoldaşının yoxsulluğu ilə qane olar, o kəs ki, həyat yoldaşının pis əxlaqına səbir edər, o qadın ki, mehriyyəsini həyat yoldaşına bağışlayar”.

Quran buyurur: “Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur”. (“Nisa” 19).

Allah Təala bizləri bu hikmətləri dərk edib, onlara əməl edənlərdən qərar versin.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930