Bayquşun oxumağı nə məna daşıyır?
Quranda buyurulur: “Beləliklə neçə-neçə insan cəmiyyətlərini (özlərinə və başqalarına) zalım olduqları halda məhv etdik.
(Əzabın nazil olması nəticəsində tavanları yatıb və) evləri(nin divarları) tavanların üstünə uçub. Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!”. (“Həcc” 45). Təmsillərin birində oxuyuruq: “Bayquş qədim binaların birinin üzərinə qonmuşdu. İnsanların həyatına tamaşa edərdi. Elə insanlar görürdü ki, daşa, sütuna, qapıya, divara ürək bağlayırdılar. Bayquş yaxşı bilirdi ki, daşlar dağıla bilirlər. Sütunlar yerə tökülürlər. Qapılar sınır və divarlar xarab olurlar. O sınmış tacları, parçalanmış qürurları çox görmüşdü. O, davamlı olaraq dünya haqqında mahnı oxuyurdu. Belə düşünürdü ki, bəlkə insanların daş bağlamış qəlbləri bu mahnıdan ayılar. Bir gün bir göyərçin həmin yerdən keçirdi. Bayquşun mahnısını eşidir. Deyir: “Yaxşı olar ki, susasan və mahnı oxumayasan. İnsanların sənin mahnından xoşları gəlmir. Onları qəmgin edirsən. Deyirlər ki, pis xəbərdən başqasını vermirsən”. Bayquşun qoca qəlbi sınır və bir daha mahnı oxumur. Sükutu səmanı pərişan etdi. Bu zaman Allah bayquşa buyurdu: “Ey Mənim avazoxuyanım! Niyə avaz oxumursan? Səmanın qəlbi tutulmuşdur”. Bayquş deyir: “Allahım! İnsanlarının mənim mahnımdan xoşları gəlmir”. Allah buyurur: “Sənin mahnıların qəlbi qopartmaq iyi verir və insanlar qəlb bağlamağa aşiqdirlər. Hər bir kişik şeyə və hər bir böyük şeyə ürək bağlamağa. Sən tamaşa və düşüncə quşusan! O kəs ki, görər və düşünər – heç bir şeyə ürək bağlamaz. Ürək bağlamamaq – dünyanın ən çətin və ən qəşəng əməlidir. Ancaq sən oxu və həmişə oxu ki, avazın həqiqətdir. Acı həqiqət dadı verir”. Bayquş yenə də Allahın əmri ilə oxumağa başladı. O kəs ki, başa düşər, bilir ki, onun avazı – Allahın müraciətidir”. Allah Təala bizə Onun ayətlərini dərk etmək tofiqatını nəsib etsin. Oxşar xəbərlər
|