Dünya və axirətdə hər bir xeyrin kökü nədir?
Həzrət Peyğəmbər (s) buyurur: “Təəccüblüdür, təəccüblüdür o kəs ki, cavidan evin olduğunu qəbul edir, ancaq fani saray üçün çalışır. Bilir ki, Allahın razılığı Onun itaətindədir, ancaq Onunla müxalifətlikdə addım atar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Dünyada qəriblər və yol gedənlər kimi yaşa və özünü ölülərdən hesab et. Səhər olan kimi günəş batana qədər sağ olmağına ümid bəsləmə. Gecəni də səhərə qədər sağ qalmağına görə”. Həzrət Peyğəmbər (s) buyurur: “Dünya və axirətdə hər bir xeyrin kökü bir şeydir və o da – Allah Təaladan qorxmaqdır”. Əmirəl-möminin (ə) buyurur: “Hər kim Allahla olan rabitəsini islah edər, Allah da onun insanlarla olan rabitəsini islah edəcəkdir”. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bəndənin əməl tərəzisinə qoyulan ilk şey – onun gözəl əxlaqıdır”. Oxşar xəbərlər
|