Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
Mьəllif: admin1
Tarix: 7-02-2018, 10:14
Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
Allah-təala dünya həyatının sona yetməsi ilə bərpa olacaq qiyamət günü haqqında buyurur: «Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir. Onu görəcəyiniz gün, hər bir əmzikli ana südəmər körpəsini unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar. İnsanları məst görərsən. Hansı ki, onlar məst deyil, Allahın əzabı şiddətlidir». («Həcc» surəsi, ayə 1-2.)

Bəziləri Allah qorxusu ilə adi həyat hadisələrindən qorxuya eyni səviyyədə yanaşır və Allah qorxusunu, insan şəxsiyyəti üçün nöqsan hesab edirlər. Həqiqətən də, insanın gecənin qaranlığından, ölümündən qorxması onun şəxsiyyəti üçün qəbahətdir.

Lakin insanın Allahdan qorxması onun şəxsiyyətinə nöqsan yox, ucalıq gətirir. Zalım bir hakimdən qorxu insanı xəyanətə, ədalətsizliyə sövq etdiyi halda, Allah qorxusu insanda yalnız müqəddəs hisslər doğurur. Ölümdən qorxan insan, dünyanı əldən verməmək üçün vətənini də satmağa hazır olduğu halda, Allahdan qorxan insan, Onun qəzəbinə düçar olmamaq üçün dünya həyatını qurban verir.

İnsan xarakterinin malik olduğu bütün hisslər, iki istiqamətdə işlənir. Qorxu da xarakterin malik olduğu hisslərdəndir. Onun işlənməsi qeyri-mümkündür. Sual olunur: Əgər Allahdan qorxmaq qəbahətdirsə, bəs nədən qorxmaq fəzilətlidir?!

İnsanda qorxu hissi mövcuddur və yalnız Allah qorxusu fəzilət hesab oluna bilər. Bəs dəhşətli qiyamət zəlzələsi zamanı qorxmamaq mümkündürmü? Bu qorxu fəzilətdir, yoxsa qəbahət?
Bu suala cavab vermək üçün dünya həyatımızda baş verən zəlzələləri xatırlamaq lazım gəlir. Qorxunu qəbahət hesab edənlər bu zəlzələlər zamanı özünü necə aparır?

Bir sözlə, qorxu mövcuddur və insanda müsbət hisslər aşılayan, onu Allaha yaxınlaşdıran, günahın qarşısını alan qorxu qəbahət deyildir. Qorxunun məhz müsbət təsirlərini düşünərək, qiyamət gününü ‒ dəhşətli zəlzələlərlə müşayiət olunan günü unutmamağımız zəruridir. Bir gün ki, bütün əmzikli analar südəmər körpəsini unudacaq!


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031