Qurana iman gətirmisinizsə, bu 4 dəstədən birinə aidsiz - İmam Sadiq(ə)
Mьəllif: admin1
Tarix: 7-02-2018, 10:31
Qurana iman gətirmisinizsə, bu 4 dəstədən birinə aidsiz - İmam Sadiq(ə)
İnsan müxtəlif keyfiyyətlərə məxsus olan, ağıl sahibi bir canlıdır. Onu müxtəlif kateqoryalara görə müxtəlif bölgülərə ayırmaq olur. Məsələn cinsinə görə, yaşına görə, boyuna görə, gücünə görə, hətta savad və elmi məlumatlarına görə də ayırmaq olur.

İnsanın mənəviyyat və ruhani vəziyyəti də bu cürdür. İnsanın həqiqətini əks etdirən ruhi və mənəvi vəziyyəti də müsbət (iman) və mənfi (küfr) olaraq qismlərə bölünür. Hətta iman və küfrün özü də hər bir kəsin mənəvi vəziyyətinə görə mərtəbələrə ayrılılr.

Mütləq və kamal sahibi olan Allaha doğru mənəvi kamillik yolundakı bu mərtəbələrin sayı bu yolçuların sayı qədərdir. Bu o deməkdir ki, bu mənəviyyat yoluna qədəm qoymuş insanların hər birinin özünə məxsus mənəvi dərəcəsi və bu mənəviyyatdan doğan baxışı, dünyagörüşü vardır.

İmam Sadiq (ə) insanın bu cür, ümumi mənəvi vəziyyətini dörd halda cəmləyir və bu vəziyyəti Quranla birləşdirərək buyurur:

“İnsanlar dörd qismdirlər:

İmanı olanlar, lakin Qurandan nəsibi olmayanlar.

(Bu qism insanların imanı vardır, lakin Allahın kitabından məlumatları yoxdur. Yaxud Kitabdan əldə etdib, bəhrə aparmaqları yoxdur, yaxud iman var Qurana uyğun əməl yox. Halbu ki, Quran müttəqiləri, təqva əhlini hidayət edən kitabdır. Bunlar dadı şırın, lakin gözəl ətri olmayan meyvəyə bənzərlər.)

Qurandan nəsibi (bildikləri) vardır, lakin imanı olmayanlar.

(Bunlar qəlblərində iman olmayan, lakin Allahın kitabını gözəl bilənlərdir. Bu kimi insanlar adətən mübahisə, cədəl etmək üçün öyrənərlər.

Yaxud belə də demək olar ki, əməlləri yaxşı, Qurana yuğun, lakin əqidələri Qurana zidd olanlar.

Bunlar ətri olan, lakın dadı acı meyvə kimidir.)

Qurandan nəsibi (biliyi) olan, həm də imanı olanlar.

( Bunlar Allahın hidayət nəsib etdiyi insanlardır. Əməl və rəftarı Qurana uyğun olan, əqidəsi düzgün olanlar. Allaha etiqadı olanlar. Bu kimi insanlar dadı və ətri gözəl meyvəyə bənzər. Ənrafına gözəl ətir, nur saçar.

Əqidə və əməli gözəl olanlar.)

Nə imanı, nə də Qurandan payı olmayanlar.

(Bu kimi insanların imanı olmaz. Həmçinin iş və əməlləri də Quranın buyurduğları ilə uyğun olmaz. Yəni camaata, insanlığa, varlığa xeyirli olmaz. Əqidələri çürük, əməlləri zay olanlar. Bunlar bunlar insanda heç bir xoş təəssürat yaratmayan bitkiyə bənzər.)

(İləuş-şərae 1/233) (Bihar 46/255)

İstər meyvələrin içində olsun istər insanların, ən yaxşısı, ən gözəli dadı və ətri xoş olanlardır.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930