İmam Əliyə (ə) yaltaqlanmaq istəyən şəxs, cavabında nə eşitdi?
Mьəllif: admin1
Tarix: 7-02-2018, 20:55
İmam Əliyə (ə) yaltaqlanmaq istəyən şəxs, cavabında nə eşitdi?
Kuleyni “əl-Kafi”də nəql edir ki, bir nəfər tanınmayan insan ki, ehtimal edilirdi Müaviyyənin (lən) casuslarındandır, İmam Əliyə (ə) yaltaqlanmaq istəyir. Ayağa qalxır və İmama (ə) deyir: “Sən bizim rəhbərimizsən və biz sənin əlinin altında olanlarıq.

Möhtəşəm Allah bizi sənin əlinlə xarlıqdan çıxartdı və sənin dəyərin ondadır ki, qulları qulluqdan azad etdin. Sən özün bizim üçün seç və seçdiyini icra et. Necə istəsən əmr ver və verdiyin əmri yerinə yetir. Çünki sən elə natiqsən ki, sözlərin doğrudur.

İxtiyar sahibisən və İlahi nemətlərin hamısından bəhrələnirsən. Heç bir elmi sənin elminlə müqayisə etmərik, çünki sənin bizim yanımızdakı məqamın böyük və üstündür”.

Əgər biz bu sözləri oxusaq deyirik ki, necə də gözəl sözlərdir və biz də gərək həmin sözləri deyək.

Amma İmam Əli (ə) həmin şəxsin bu sözlərindən narahat oldu və üzünü həmin şəxsə çevirib, buyurdu: “Şübhəsiz ki, o kəs üçün ki, Allahın cəlalı, can gözü ilə ona böyük görünər, onun üçün layiqlidir ki, bu böyüklüyə görə Allahdan başqa hər kəs onun üçün kiçik olsun.Şübhəsiz ki, layiqli insanların gözündə ən alçaq rəhbər və hakim o kəsdir ki, özünü öyməyi sevir. Gördüyü işləri böyük hesab edir.

Sizin xatirinizə çatdırım ki, mən öyünməyi və mədh olunmağı sevmirəm. Əgər sitayiş olmağı sevsəydim, onu kənara qoyardım. Çünki Sübhan Allahın qarşısında biz kiçikik. Böyüklüyə və əzəmətə ancaq O, layiqdir.

Mənimlə hegemonlar və cəbbarlarla danışan kimi danışırsınız. Heç bir zaman haqqı eşitməyi mənim üçün ağır hesab etməyin. Heç vaxt istəmirəm ki, məni böyük hesab edəsiniz. Əgər kiminsə üçün haqqı eşitmək ağırdırsa, ona əməl etmək daha ağır olar”.

İmam Əli (ə) bu nəsihətverici sözləri ilə buyurur ki, ey müsəlmanlar! Yaltaqlanmaqdan əl çəkin, əksinə, insanların nöqsanlarını tənqid edin.

Ona görə buyurur: “Haqq sözü deməkdən, məsləhət etməkdən, tənqid etməkdən çəkinməyin. Şübhəsiz ki, mən öz daxilimdə özümü səhvsiz hesab etmirəm. Mən öz işimdən özümü amanda hiss etmirəm. Səhv etməkdən rahat deyiləm, məgər o halda ki, Allah mənə kifayət edər. O, məndən, mənə qarşı daha güclüdür”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930