Bəndəliyin ən mühüm nişanəsi. 4 dəfə deyilən zikrin nəticəsi
Mьəllif: admin1
Tarix: 8-02-2021, 20:48
Bəndəliyin ən mühüm nişanəsi. 4 dəfə deyilən zikrin nəticəsi
Görəsən İslamda bəndəliyin ən mühüm, birmənalı göstəricisi, nişanəsi nədir?

Mənbələrdən məlum olur ki, bəndəliyin ən mühüm nişanəsi – şükür etməkdir.

Şükür - daha çox əmələ aid olan bir ibadətdir. Ona görə də Allah Təala həqiqi şükür edənlərin sayının az olduğunu bəyan etmişdir.“De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!»”. (“Mulk” 23).

“(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükür etmir”.(“Nəml” 73).

Təbiidir ki, burada şükür deyildikdə, ancaq dildə deyilən şükür nəzərdə tutulmur. Əslində məqsəd – əməli şükürdür. Yəni, Allahın bizə verdiyi nemətləri onun hədəflədiyi yolda istifadə etməkdir.

Böyük alimlər deyirlər: “Həqiqətən Allah bizə niyə göz vermişdir? Niyə eşitmək və danışmaq qabiliyyəti vermişdir? Məgər onun üçün deyildirmi ki, aləmdəki əzəmətini görək və həqiqi həyat yolunu tanıyaq?

Haqqı tanıyaq və onu müdafiə edək və batillə vuruşaq? Əgər bu nemətlərdən məhz bu məqsədlər üçün istifadə etsək, o zaman əməli şükrü yerinə yetirmiş olarıq”.

İmam Səccad (ə) buyurur: “Qiyamət günü olan zaman Allah Təala bəzi bəndələrinə buyurar: “Filankəsin şükrünü yerinə yetirmisənmi?”.

Ərz edər: “Mən Sənin şükrünü yerinə yetirmişəm”.

Allah buyurar: “Onun şükrünü yerinə yetirmədiyinə görə Mənim də şükrümü yerinə yetirməmisən. Allah dərgahından sizlərdən ən çox şükür edən kəs odur ki, nemətlərə və insanların zəhmətlərinə görə qədrini bilər və təşəkkür edər”.

İmam Əli (ə) buyurur: “Ən çox şükür edən kəs – onların ən çox qane olanıdır. Nemətlərə qarşı onların ən çox naşükür olanı – onların ən çox acgöz olanıdır”.

Müqəddəs dinimizin şükrün əcri ilə bağlı çatdırışları da çox əlamətdardır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Tox (olan) şüküredənin əcri, Allah üçün oruc tutanın əcri kimidir.

Sağlam şüküredənin əcri, səbir edən xəstənin əcri kimidir. Bəxşiş (əhli olan) şüküredən həmin o əcrə malikdir ki, qane olan yoxsul malikdir”.

Gündüzün və gecənin şükrü bir kəlmə zikrlə əda oluna bilinir. İmam Sadiq (ə) buyurur: “Hər kim səhər 4 dəfə desə: "Əlhəmdulilləhi Rabbil-aləmin", şübhəsiz ki, həmin günün şükrünü yerinə yetirmiş olar. Hər kim gecə onu deyərsə, o gecənin şükrünü əda etmiş olar”.

Allah Təala bizləri şükür edənlərdən qərar versin, inşəallah.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930