İlahi hikmətin gizli olmasını tələb edən bəzi işlər
Mьəllif: admin1
Tarix: 7-02-2018, 22:30
İlahi hikmətin gizli olmasını tələb edən bəzi işlər
Bütün aləm, görə bilənlər üçün Allah Təalanın nişanə və qürət əlmətləri ilə başdan başa doludur.

Bütün dünyada olan heyrətamiz gözəlliklər, qəribəliklər, dəqiq nizam intizam bir yaradandan, bir tədbir tökəndən xəbər verir. Kainatın böyüklüyü və heyrətamizliyi, onda olan dəqiq hesablamalar, riyazi və fiziki qanunlar qüdrət sahibi Alimdən xəbər verir.

İnsan özü də Rəhmanın əsəridir. Həm də ağıl və iradə sahibi olan, düşünən bir əsəri. Onun bu düşüncəsi sırf Rəhmanı dərk etməsi üçündür:

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək (bəndəlik etmək, tanımaq, dərk etmək) üçün yaratdım!" (Zariyat-56)

Bu dərkin yolu çox keşməkeşli, maneəli, çətindir. İmtahan və məhrumiyyətlərlə dolodur. Bunun da səbəbi:

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (Mülk-2)

Sirrlə dolu bu aləmdə sirlərin öz hikməti var, hətta hikmətlərin də öz sirri var. Həzrət Əli (ə) buyurur:

“Allah Təbarəkə Təala dörd şeyi 4 şeydə gizli qərar verib:

1- Öz rizasını itaətdə qərar verib.

Onun itaətində her nəyi kiçik hesab etmə!! O qədər kiçik hesab olunan işlər vardır ki, özün də bilmədən səni Allahın rizasına müvəffəq edər

2- Öz qəzəbini günah və üsyanda gizlədib.

Ona heç bir günahı kiçik hesab etmə! O qədər kiçik hesab olunan günahlar vardır ki, özün də bilmədən səni Allahın qəzəbinə düçar edər!

3- Öz icabət və cavabını duada gizli qərar verib.

Heç bir edənin duasını kiçimsəmə! O qədər dua vardır ki, qəbul olar heç özün bilməzsən!

4- Allah öz dostlarını bəndələri arasında gizli qərar verib.

Allahın heç bir bəndəsini həqir və kiçik görmə! Ola bilsin o Allahın dostu olsun sən bilməyəsən!

(Bihar 68/176) (Bihar 90/363)
(İslaminSesi)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930