Bu 4 sifət insanın imanını kamil edir
Mьəllif: admin1
Tarix: 9-02-2022, 10:22
Bu 4 sifət insanın imanını kamil edir
İmam Sadiq (ə) iman barəsində buyurur:

“İnsanın imanı kamil olmaz, məgər o halda ki, dörd sifətə malik olar:

1. Əxlaqı gözəl olsun.

2. Nəfsini xar etsin.

3. Sözlərinə nəzarət edə bilsin.

4. Sərvətinin artığını (zəkatı) ödəsin”.

Bu hədis bizə imanın dörd budağını tanıdır.

Gözəl əxlaq.

Bəli, müsəlmanın əxlaqı gözəl olmalıdır ki, əziz altıncı İmamın – Həzrət Sadiqin (ə) də buyurduğu kimi, İslamın zinəti olsun.

İmam (ə) buyurur: “Xoş əxlaqlı olmaq – insanların arasında İslamın zinətidir”.

Nəfsi xar etmək.

Məqsəd əmmarə nəfsi kontrol etməkdir. İmam Əli (ə) buyurur: “Nəfslər – qırılmış yüyəndirlər, ancaq aqil əllər onları elə tutar ki, həlakətə düşməsin”.

Dili qorumaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin Allaha və Qiyamət gününə imanı olar – gərək xeyir söz desin, ya da sükut etsin”.

Vacib maddi vəzifəsini yerinə yetirmək.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən məmuram ki, sədəqəni (zəkatı) zənginlərinizdən alım və yoxsullarınıza verim”.

Allah Təala bizləri bu 4 xüsusiyyətə malik olanlardan qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930