Uşaqların ədəbsiz olmaması üçün nə edək?
Mьəllif: admin1
Tarix: 9-02-2022, 10:25
Uşaqların ədəbsiz olmaması üçün nə edək?
Bu gün bir çox valideynlər öz övladlarına görə şikayət edirlər ki, niyə mənim övladım normal namaz qılmır və əxlaqlı deyildir? Nə edim ki, onu yaxşı tərbiyə edə bilim?

Belə valideynlərə demək lazımdır ki, bəs siz özünüz nəfsinizin qarşısında nə qədər mübarizə nümayiş etdirmisiniz?

Yaxşı insan olmaq bu məsələdə yardım etmir. Övladınız sizi nəfsinizlə necə mübarizə apardığınızın şahidi olmalıdır. Əgər siz təbiətən mülayim və mehriban insansınızsa, bu övlad tərbiyəsində bir qədər çətinliklər yarada bilər.

Çünki bəzi anlarda övladlarınıza qarşı sərt olub başa salmalısınız ki, onların bu davranışı nələrə gətirib çıxaracaq. Əgər bu işi görməsəniz, həll yolunu tapmaq sizin üçün çətin olacaqdır.

Uşaqlar evimizin sevincidir. Ancaq bu, o demək deyildir ki, hər istəklərinə hə demək lazımdır. Yaxşı valideyn həm sevməyi bacarmalıdır, həm də lazım olanda sərt olmağı.

Əslində biz özümüz övladlarımızın tərbiyəsini xarab edirik. Onların xarab olmasını cəmiyyətin üstünə atmaq lazım deyildir. Ən yaxşı ailə - o ailədir ki, ən pis cəmiyyətdə belə yaxşı övladlar yetişdirə bilsin.

Yaxşı ailə kompleksli övlad böyütməz. Valideynləri əsəbiləşən zaman nə istəyirlərsə uşaqlara deməməlidirlər. Əgər nəyisə demək istəyirlərsə, Allahdan qorxub, özlərinə nəzarət etsinlər. Ən azı - abırlarının aradan getməsini istəməsinlər. Çünki, biədəb övlad, əvvəl-axır valideynin üzünə qayıda bilər.

Gərək valideyn nəfsinə qarşı getsin və nəfsi ilə mübarizə aparmağı övladlarına da öyrətsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930