İnsanın qıldığı 2 rükət namaz həzrət Cəbrailin 4000 ilə qıldığı 2 rükət namazdan üstündür
Mьəllif: admin1
Tarix: 9-02-2018, 10:40
İnsanın qıldığı 2 rükət namaz həzrət Cəbrailin 4000 ilə qıldığı 2 rükət namazdan üstündür
Bir gün Allahın mələyi həzrət Cəbrail Allah dərgahında iki rükət namaz qılır.

Bu iki rükət namazın müddəti dünya vaxtı ilə dörd min ilə bərabər olur.

Cəbrail (ə) namazı bitirdikdən sonra, uca yaradana üzün tutub “Ey Rəbbim, yer üzərində Sənə ibadət edən bəndələrin arasında mənim kimi namaz qılanı oldumu?” – deyə, soruşur. Allah-taala Cəbrailə: “Bəli, oldu!” – cavabın verincə,

Cəbrail təəccüblə bir anlıq fikrə gedir. Allah-taala buyurur: “Bəndəmin iki rükət qıldığı namaz sənin dünya zamanı ilə dörd min il qıldığın iki rükət namazdan daha fəzilətlidir və savabı da daha çoxdur, çünki sən günahın, pisliyin nə olduğunu bilmirsən, sənin nəfsin, tamahın yoxdur, bunlardan uzaqsan.

Amma bəndəm dünyada az bir zaman da olsa, dünya nemətlərindən üz çevirərək, nəfs və tamahına üstün gələcək. Şeytanı unudaraq qibləyə üz tutub məni zikr edəcək, “Allahu əkbər” deyəcək!”




www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930