Ayətullah Məkarim Şirazi xristian xəstənin şəfa tapması barədə
Ayətullah Məkarim Şirazi bir xristian xəstənin İmam Hüseynin (ə) kəraməti sayəsində şəfa tapması ilə bağlı xatirələrini belə nəql edir: “Sizin üçün bir macəra danışım ki, heç kəs mənə danışmamışdır, mən özüm onun şahidi olmuşam.
İnqilabdan əvvəl mərcəyi təqlidlərdən birinin evinə getmişdim və o, mənə dedi: “Aviasiyada bir cavan işləyir ki, xristiandır və müsəlman olmaq istəyir. Siz ona necə müsəlman olacağını söyləyin”. Mən o insanın müsəlman olmağının səbəbini soruşdum və alim mənə buyurdu: “Bu cavan deyir ki, mən ağır bir xəstəliyə düçar olmuşdum. Belə ki, hər gün yuxudan ayılan zaman burnumdan çirk axırdı. Hər nə edirdimsə, müalicə ola bilmirdim. Gün ərzində ən azı on dənə sakitləşdirici qəbul edirdim, ancaq faydası olmurdu. Aşura əyyamı idi və mən bilmirdim ki, Aşura nədir. Gördüm ki, evimizin kənarında bir rövzə məclisi qurublar. Pəncərəni açdım və qulaq asdım. Qəribə sözlər deyirdilər. İmam Hüseyni (ə) tanıdırdılar. Mənim bu mövzuya əlaqəm yarandı və hər gecə pəncərini açır və qulaq asırdım. Bir gecə bir nəfər mənim qapıma gəldi və əlində də çay sinisi var idi. Mənə dedi: “Eşitmişəm ki, xəstələnmisən, bu çay İmam Hüseyn (ə) məclisinə aiddir”. Çayı içdim və səhər yuxudan ayılan zaman gördüm ki, xəstəliyimdən bir şey qalmamışdır. Ona görə də müsəlman olmaq istəyirəm”. Mən həmin cavanla görüşən zaman ona dedim: “Müsəlman olan zaman özünə nə ad qoymaq istəyirsən?”. Dedi: “Mən özüm üçün Hüseyn adını seçmişəm, həmin o kəs ki, mənim nicatıma səbəb olmuşdur”. O, müsəlman oldu və adını dəyişdirib Hüseyn qoydu. O kəs ki, İmam Hüseynin (ə) qapısına bu cür ixlasla gedər, əlidolu geri qayıdar”. Oxşar xəbərlər
|