Alimlərin məhzərində - Əllamə Təbatəbai
Bir neçə şəxslər vardır ki, onların hüzurunda oturmaq, üzlərinə baxmaq ibadətdir. Allah Təala bu əməli ibadət hesab edir və ibadət savabı bəxş edir. Bu şəxslərdən biri də alimləridir. O alimlər ki, onlar üçün Həzrət Peyğəmbər (s) “Alimlər mənim elmimin varisləridir” deyə buyurub.
Belə alimlər Allahın və peyğəmbərin dəyərli kəlamlarını insanlara çatdırır, bu kəlamlardan əldə etdiyi hikmət və bərəkətlə ömrünü insanlığa xidmətə sərf edir. Bu alimlərdən biri də Əllamə Məhəmməd Hüseyn Təbatəbaidir. Əllamə dünya şöhrətli mütəkəllim (əqidə) və filosoflardandır. Ustad yüksək mənəviyyat əldə etmək istəyənlərə, Allahın rizası ilə dünya və axirət səadətinə yetişmək istəyənlərə belə bir dəyərli tövsiyə edərək buyurdu: “Hər gün sübh tezdən yuxudan ayılanda ciddi şəkildə niyyət edin ki, bu gün qarşıya bütün işlərimi Allahın rizasına xatir əməl edəcəm, hər işimdə Allahın rizasını düşünəcəm. Hər vaxt bir hadisə ilə rastlaşdıqda (bir işi görmək istəyəndə) bu işin müqabilindəki axirən nemətini düşün! Bu vəziyyəti, halı axşam yatana qədər davam et! Bu hal cənnət və xoşbəxtliyin açarıdır!” (Əllamə Məhəmməd Hüseyn Təbatəbai – Namehaye irfani) (İslaminsesi) Oxşar xəbərlər
|