Allahın ədalət məhkəməsi ilə yox, rəhməti ilə baxması...
Mьəllif: admin1
Tarix: 10-02-2018, 10:12
Allahın ədalət məhkəməsi ilə yox, rəhməti ilə baxması...
Allah Təala Rəhim və Rəhmandır. Əgər belə olmasaydı, tövbə qapısını açıq qoymaz və ilk günahda insanı cəzalandırardı.

Allahın hər bir əmələ görə bir qayda və qanunu vardır. Allah buyurur ki, Mən Öz bəndələrimə ixtiyar vermişəm. Ancaq bu, o demək deyildir ki, insan gedib başqa bir günahsız insanı öldürsün. Ona görə də buyurur ki, qatilin mütləq qisası alınmalıdır. Ancaq bu yolla cəmiyyətdə əmin-amanlığı təmin etmək olar.

”Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın.

Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir.

(Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.

Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz”. (“Bəqərə” 178-179).

İslam dini – Allahın dinidir. Rəhman və Rəhim olan Allah – Alim və Həkimdir. Bəndələri hidayət edir ki, kamala çatsınlar. Ona görə də Allah zülmü xoş qaşılamır. Hər bir halda buyurur ki, bəndə gərək əfv və güzəşt etməyi bacarsın. “Sizin güzəşt etməyiniz təqvaya daha yaxındır”. (“Bəqərə” 237).

Allah hər bir halda zülmü bəyənmir və hətta qisas alınan zaman belə, onu diyə ilə əvəz etməyi və əfv etməyi tövsiyə edir. Dinimizin tək məqsədi vardır, o da budur ki, bəndəsini kamala çatdırsın.

Allah Təala daha çox bağışlamağı bəyənir, lakin qisas hökmünü də müəyyən edir ki, cəmiyyətdə xaos olmasın. Eyni zamanda qisas haqqının tənzimləndiyi normalar da var ki, bu, ayrı bir mövzudur.

Allah Təala güzəşt bəyənir və güzəşt edənləri bəyənir.

İmam Səccad (ə) etdiyi münacatında Allah Təalaya buyurur: “Allahım! Əgər bizə fəzlindən və kərəmindən bağışlamaq istəsən, əgər ədalət və məhkəmənə görə bizə əzab vermək istəsən, bizə minnət qoy və əfvini asanlıqla bizim halımıza şamil et! Güzəşt və məğfirət ilə əzabından bizə pənah ver ki, bizim Sənin ədalət və məhkəmənə taqətimiz yoxdur. Əfv və bağışlanmağın olmadan, bizlərdən heç birimiz nicat tapmayacağıq”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031