HƏCC VƏ CİHADDAN DAHA ÜSTÜN OLAN ƏMƏLİ TANIYAQ
Mьəllif: admin1
Tarix: 24-06-2020, 09:06
HƏCC VƏ CİHADDAN DAHA ÜSTÜN OLAN ƏMƏLİ TANIYAQ
Həzrət Peyğəmbər (s) buyurur: “Ata-anasının üzünə məxsus məhəbbətlə baxan saleh övladın hər bir baxışına Allah-taala bir qəbul olunmuş həcc mərhəmət edər.”

Peyğəmbərin səhabələri bu böyük müjdəni eşidəndə Həzrətdən soruşdular: Ya Rəsuləllah, əgər bir şəxs bir gün ərzində valideynin üzünə bu cür baxsa, yenə də bu qədər savab və mükafat yazılır? Həzrət buyurdu ki, bəli, Allah-taalanın şəni bundan çox-çox yüksəkdir, (heç vaxt bu savabı azaltmaz.)”

Mənsur ibn Hazim İmam Sadiqdən (ə) mühüm bir sual soruşdu: “Ey böyük rəhbər, ən yaxşı əməl nədir?”

Həzrət cavabında buyurdu: “Üç şeydir: 1) namazı fəzilətli vaxtında qılmaq; 2) ata-anaya yaxşılıq edib onlarla xoş rəftar olmaq; 3) Allahın razılığı üçün Onun yolunda düşmənlərlə cihad etmək.”

Altıncı İmamımızdan nəql olunan bu hədisdə buyurulur ki, bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri, sidq-qəlbdən cihad üçün hazıram.

Həzrət buyurdu: Allah-taala yolunda din düşmənləri ilə cihad et, əgər şəhadət şərbətini içsən, Allahın hüzurunda diri olacaq və Onun ruzilərindən bəhrələnəcəksən. Sənin əcr və savabın Allahın öhdəsinədir. Əgər sağ-salamat qayıtsan, sənin bütün günahların sanki yeni doğulmuş uşaq kimi bağışlanacaq.

Sonra cavan dedi: Ya Rəsulallah, amma mənim qoca ata-anam vardır ki, mənimlə çox ünsiyyət bağlamışlar, mənim onların yanlarında olmamağımdan çox narahat olurlar. Bu halda mənim vəzifəm nədir? Həzrət buyurdu: Ata-ananın yanında, onlarla birlikdə qal. And olsun canım əlində olan Allaha, bir gecə-gündüz ata-anaya xidmət etmək Allah yolunda din düşmənləri ilə bir il cihad etməkdən daha fəzilətlidir.

Həzrət İmam Sadiq (ə) həssas bir rəvayətdə cəddindən belə rəvayət edir:
“Bir kəs Allahın Rəsulundan (s), ona möizə etməsini istədi. Həzrət (s) buyurdu: Əsla Allaha şərik qoşma; hətta əgər səni odda yandıraraq işgəncə versələr, sənin imanında azacıq da olsa, şəkk olmamalıdır.

Həmçinin, ata-anan barəsində isə... bacardığın qədər onlara itaət et, onların barəsində yaxşılıq etməkdə səhlənkarlıq etmə; istər diri olsunlar, istərsə də vəfat etmiş olsunlar. Əgər məxsus hallarda əhli-əyal və mal-dövlətindən əl çəkməyini istəsələr, o əmri icra et ki, bu iş iman əlamətidir.”

Rəsulullah (səlləllahu əleyhi və alih) buyurur: “Allahın razılığı valideynin razılılığı ilə, qəzəbi valideynin qəzəbi ilədir”.

Yəni valideynin övladdan razı olması Allahın razılığına səbəb olur. Həmçinin, Allahın bir kəsə qəzəb etməsi həmin şəxsin ata-anasının ona qarşı qəzəbli olmasına bağlıdır. Əgər bir kəs öz valideynin razılığını əldə edə bilsə, şübhəsiz, Allah da ondan razı olacaqdır.

Bu hədislər valideynə ehtiram qoymağın, onlara təzim göstərməyin əzəmətini göstərir. Onlara yaxşılıq etmək İslam dinində ən gözəl və ən üstün əməllərdəndir və onun mükafatı Allah-taala evinin ziyarəti, Quran və din yolunda edilən cihaddan daha üstündür.

Baxmayaraq ki, cihad vasitəsilə Allahın razılığı əldə olunur və cənnətin qapıları İslam müctəhidlərinin üzünə açılır. Amma yenə də bu işlər valideynə xidmət etməyin savabına çatmır.


(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930