SƏDƏQƏ
Mьəllif: admin1
Tarix: 12-06-2020, 23:59
SƏDƏQƏ
Quran:

«Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir.»

Allahın Peyğəmbəri (s): «Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.»

Allahın Peyğəmbəri(s): «Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir.»

Allahın Peyğəmbəri(s) : «Sədəqə Allahın qəzəbini yatırar.»

İmam Əli(ə): «Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir.»

Allah sədəqələri qəbul edəndir

Quran:

«Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir.»

İmam Sadiq(ə) : «Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.»

Sədəqə ruzinin açarıdır

Allahın Peyğəmbəri (s) : «Çox sədəqə verin ki, ruziniz artsın.»

İmam Əli (ə) : «Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.»

Sədəqə kimə verilər?

Quran:

«Bu sədəqələr Allah yolunda çətinliyə düşənlər, iş və qazanc məqsədilə səfərə çıxa bilməyənlər üçündür. Tanımayan, onları çox həyalı olduqlarından varlı hesab edər. Sən onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla heç bir şey istəməzlər.»

Allahın Peyğəmbəri (s): «Miskin, küçələri dolanan dilənçi və iki parça çörəklə iki xurma dənəsini əlinə alıb gedən şəxs deyil. Əslində, miskin həyasına və nəfsinin izzətinə görə kömək əlini insanlara açmayan yoxsuldur. Heç kəs onun yoxsul olduğunu başa düşməz ki, ona sədəqə versin.»

İmam Sadiq (ə) («Evin qapısını döyən dilənçilərə sədəqə vermək olarmı, ya bu işdən çəkinmək və sədəqəni möhtac olan qohumlara vermək lazımdır?» sualının cavabında): «Xeyr, dilənçilərə vermək lazım deyil. Ehtiyacı olan qohumlara göndərsinlər ki, bu işin savabı daha çoxdur.»

İmam Əli(ə): «Bəhanə gətirmək və minnət qoymaqla ehsanı xoşagəlməz etməyin.»

Dostluğa layiq olanlar

Allahın Peyğəmbəri (s): «Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.»

İmam Əli (ə): «Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.»

İmam Əli (ə): «Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.»

İmam Sadiq (ə): «Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.»

İmam Sadiq (ə): «O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.»

(İlk baxışda, hədisin məqsədi budur ki, elə bir şəxslə yoldaşlıq et ki, yoldaşlığınız hər ikinizin zinətlənmənizə səbəb olsun. Onu zinətləndirdiyin, ancaq sənin zinətlənməyinə səbəb olmayan şəxslə yoldaşlıq etmə).


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930