Mələklər o Xanımın (s.ə) hüzuruna gələrdilər...
Mьəllif: admin1
Tarix: 11-02-2018, 10:52
Mələklər o Xanımın (s.ə) hüzuruna gələrdilər...
İslam Peyğəmbərinin (s) bütün məxluqlar içərisində ən üstün olmasına zərrə qədər şəkk yoxdur. Əgər onun pak nuru olmasaydı, varlıq aləmi yaranmazdı. Şübhəsiz ki, Allah başqa insanları da xəlq etməzdi.

Hədislərdən də göründüyü kimi beş nəfər Ali-Əba - vahid bir nurdur. Baxmayaraq ki, Həzrət Peyğəmbər (s) o birilərindən daha üstündür.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən bəşərin əvvəlinci və axırıncısı üçün ən üstünəm. Məndən sonra Əli (ə) dünyanın ən üstün məxluqudur. Bunu bilin ki, bizim əvvəlimiz axırıncımız kimidir. Axırıncımız bizim əvvəlincimiz kimidir”.

Həzrət (s) başqa yerdə buyurur: “Həsən və Hüseyn yer üzündə məndən və atalarından sonra ən üstün insanlardır. Anaları aləmin ən yaxşı qadınıdır”.

Hədislərdə bunu da oxuyuruq ki, Allah peyğəmbərləri (ə) o biri insanlardan üstün xəlq etmişdir. Ancaq onların özünü də kamal və fəzilət baxımından bərabər xəlq etməmişdir. Onlardan ancaq bir neçəsini Ulul-əzm adlandırmışdır. Başqa peyğəmbərlərdən üstün hesab etmişdir. Əhli-beyti (ə) isə Ulul-əzm peyğəmbərlərdən üstün hesab etmişdir.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Keçmişdə olan bütün peyğəmbərlər bizim hüquq və vilayətimizi tanıtmaq üçün məbus olmuşdular. Onların vəzifəsi bu idi ki, bizləri başqalarından üstün bilirdilər”.

Əgər bu hədisə diqqətlə nəzər salsaq, görərik ki, İlahi peyğəmbərlərin (ə) hamısı məsum olmuşdular. Peyğəmbərdən (s) sonra Əlinin (ə), Fatimənin (s.ə), Həsən (ə) və Hüseynin (ə) üstün olması ona görədir ki, bütün fəzilətlərdə və hətta ismətdə belə onlardan üstün idilər.

Hədislərin bir çoxunda oxuyuruq ki, Cəbrayil (ə) və başqa İlahi mələklər Həzrət Fatiməyə (s.ə) nazil olardılar. Onunla mükalimə və söhbət edərdilər. Xanımla (s.ə) söhbət edən zaman o Həzrətin (s.ə) elə fəzilətləri haqqında söz açardılar ki, Xanımın (s.ə) ismətini isbat edərdi.

Həzrət Peyğəmbər (s) buyurur: “Qızım Fatimə (s.ə) aləmlərin qadınlarının sərvəridir”. Peyğəmbərə (s) sual verilir ki, öz zamanının qadınlarının sərvəridir? Buyurur: “Bu məhdud imtiyaz Həzrət Məryəmə (s.ə) aid idi. Ancaq qızım Fatimə (s.ə) aləmlərin əvvəlinci və axırıncı qadınlarından üstündür. O, ibadət mehrabında olan zaman İlahi dərgahın yaxın 70 min mələyi ona salam verər, ona xitab edər və deyərlər: “Ey Fatimə! Allah səni seçmiş və pak etmişdir. Səni aləmlərin bütün qadınlarından üstün etmişdir””.

İmam Sadiq (ə) buyurur: “Həzrət Fatimənin (s.ə) adlarından biri ona görə Muhəddisə idi ki, mələklər onun hüzuruna gələrdilər. Məryəm kimi onunla söhbət edərdilər. Bir gün ona dedilər: “Ey Fatimə! Allah səni seçmiş və dünyanın başqa qadınlarından üstün etmişdir”. Həm onun sözlərinə qulaq asar və həm də ona söz deyərdilər. Fatimə (s.ə) mələkdən soruşur: “Məgər “Ali-İmran” surəsinin 42-ci ayəsinə görə, Məryəm dünya qadınlarının ən üstünü deyilmi?” Mələklər deyir: “Məryəm öz zamanının qadınlarının sərvəri idi. Ancaq sən - müasir, əvvəlinci və axırıncı və hətta Məryəmin əsrinin qadınlarının sərvərisən”.

Bu iki hədis Həzrət Fatimənin (s.ə) dünya qadınlarının sərvəri olduğunu isbat edir. Xanımın məqamı o qədər uca idi ki, Əhli-beytlə (ə) yanaşı, hətta mələklər belə bunu etiraf edərdilər.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930