Xanım Zəhra (s) hansı ismət məqamına sahibdir?
Bu günlər Xanım Zəhranın (s.ə) şəhadət günləridir. Xanımın (s.ə) şəhadəti ilə əlaqədar iki müxtəlif vaxt qeyd olunduğu üçün, bu iki günün arasında olan 20 günü şəhadət günləri kimi qeyd edirlər. Bunun da səbəbi o dövrün siyasi, gərgin hadisələri ilə bağlı Xanımın (s.ə) məzarının yerinin və şəhadət gününün müəmmalı olmasıdır.
Quran və hədislərə əsasən bütün peyğəmbərlərin (ə) və imamların (ə) məsum olmasına etiqadımız vardır. Məsumluq, yəni ismət məqamı günah və xətadan uzaq olmaq, ən yüksək ali mənəviyyat məqamına sahib olmaq, ömrünü sırf ilahi riza həsr etmək, Allahdan bir an qəflətdə olmamaq mənasındadır. Alimlər hətta ismət məqamını nəinki günahdan uzaq olmağa, günaha meyl etməmək mənasında da ifadə edirlər. Məsumluq ali mənəvi bir dərəcədir! Bəs elə isə Xanım Fatimə (s.ə) tam ismət məqamına sahıbdirmi, yaxud Allah qatında hansı dərəcəyə sahibdir? Hawzahnews saytı bu sualla bağlı Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb. Sual: Həqiqətən Xanım Zəhra (s.ə) tam ismət məqamına sahibdirmi? Cavab: Bəli Xanım Zəhra (s.ə) günah və xətalardan uzaq olaraq tam ismətə sahibdir və məsumədir. Bunun üçün kifayət qədər dəlillərimiz vardır. Bütün alimlərin Təthir ayəsi (paklığ) və “Kisa” hədisi barəsində fikir birliyi vardır və bu şəxslərin Hz. Peyğəmbər (s), Hz. Əli, Hz. Zəhra və İmam Həsən, İmam Hüseyn (ə.s) olduqları bildirilir. إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا Bu ayədəki لِيُذْهِبَ kəlməsi (lamul-əmr) qeyd-şərtsiz bütün günahların olmamasını və bütün günahlardan uzaqlığı bildirir. Həmçinin Hz.Əli (ə) Peyğəmbərin dilindən belə nəql edir : “Peyğəmbər (s) Fatiməyə dedi: Allah sənin qəzəbinlə qəzəblənər, sənin rizanla razı olar.” Bu o deməkdir ki, Xanımın (s.ə) qəzəbi və rizası, Allahın qəzəbi və rizası ilə müvafiqdir (uyğun). Yəni Xanımın (s.ə) qəzəb və rizası (davranış və əhvali) tam şəriətlə, ilahi göstərişlə uyğundur. O (s.ə) qəzəb və sevinc halında heç vaxt ilahi rizayla, haqqla zidd olmaz. Bu da (Allahın qəzəb və rizası ilə yuğunluq) məsumluğa aşkar dəlildir. Həmçinin Peyğəmbər (s) buyurub: “Mən sizin aranızda möhkəm yapışdığınız halda heç vaxt zəlalətə düşməyəcəyiniz iki əmanət qoyram: Allahın kitabını və itrətim (soyum) olan Əhli-Beytimi. Onlar (ikisi) heç vaxt, qiyamətə qədər bir-birindən ayrılmazlar. Bu da o deməkdir ki, Quran və Əhli-Beyt (ə) arasında bağlılığ vardır. Bu da ismət və məsumluğdur!” Oxşar xəbərlər
|