Haramlar qadağan olmasaydı da, ağıllı insan onlardan onsuz da çəkinməliydi
Vicdan – batini bir dərkdir ki, insana həyata aid olan məsələri tanımağa yardım edər. İnsan bu batini dərk vasitəsilə başa düşər ki, həyatı əmanət və sədaqət üzərində qurulmalıdır, yalan, xəyanət pis əməl üzərində deyil.
Bəzi hədislərin nəzərinə görə, insanların rəyi vicdan qarşısında dəyərsizdir. Yəni, əgər vicdan bir işin düzgün olduğuna şəhadət versə, insanın haqqı yoxdur ki, başqalarının həmin işi bəyənmədiyinə görə onu tərk etsin. Həmçinin əgər vicdan bir işi yanlış və pis hesab edərsə, insanın haqqı yoxdur ki, həmin işi başqalarının bəyəndiyinə görə yerinə yetirsin. İmam Əli (ə) buyurur: “Allah sənə yaxşılıqdan başqasına əmr verməmişdir, pislikdən başqasını qadağan etməmişdir”. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə bir məxluqun razılığını əldə etmək üçün Allahın qəzəbindən qorxmaz, Allah həmin məxluqu ona hakim edər”. İlahi vacibatlar əslində insanı yaxşılıqlara və düzlüklərə dəvət etməkdir. İlahi haramlar isə insanı pislik və şərdən saxlamaqdır. İmam Əli (ə) buyurur: “Əgər Allah haramlarını qadağan etməsəydi, aqil (onsuz da) gərək onlardan çəkinəydi”. Ona görə də ey insan! Öz vicdanın səsinə qulaq ver, insanların deyil. İmam Hüseyn (ə) buyurur: “Əgər kimsə elə rəftar edər ki, Allah ondan razı olsun, baxmayaraq ki, insanlar ondan narazıdır – Allah onun üçün elə təqdir edər ki, insanların şərindən amanda qalar. Ancaq əgər kimsə cəmiyyətdə sevimli olmaq istəyir və ona görə də elə rəftar edir ki, Allah ondan narazı olar – Allah onun işini insanlara buraxar”. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə sultanın razılığına görə Allahın razılığına riayət etməz, dindən xaric olar və həqiqi imanı olmaz”. Çünki iman – Allaha pərəstiş deməkdir. O kəs ki, Allaha itaətə boyun əyməz, dindən xaric olar. Ona görə də dinimiz insanların deyil, məhz Allahın razılığı olan işləri yerinə yetirməyə dəvət edir və Allahı qəzəbləndirən işlərdən çəkindirir. Oxşar xəbərlər
|