Dua etməyin ən mühüm şərtləri
Ali Dini Rəhbər buyurub: “Dua etməyin ən mühüm ədəbi budur ki, insan Allah Təalaya diqqət etsin və bütün qəlbi ilə Ondan istəsin.
Hədislərin birində oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) buyurur: “Ey Musa, pak qəlb və düz danışan dilinlə Allah Təala ilə söhbət et və dua et. Dua mütləq qəbul olacaqdır”. Əgər qəlb Allahı yada salaraq özünü ətirləndirə bilibsə, şübhəsiz ki, duaları yerinə yetər. “Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim”. (“Ğafir” 60). O zaman ki, insanın qəlbi şəffaf olar, diqqəti daha güclü olar. Bu halla dua edərsə, şübhəsiz ki, məqsədinə çatar. Əgər insan duanın mənasını dərk etmirsə, təsəvvür etsin ki, cazibəli bir dillə və yanar qəlblə Allah Təala ilə söhbət edir. Duanın ilk şərti budur ki, təravətli qəlblə Allahdan istəsin. Cavanların qəlbi kimi. Belə ki, cavanların duasının qəbul olunma ehtimalı başqalarından daha çoxdur. Bəzən mənə deyirlər ki, cavanlar üçün dua edin. Əlbəttə biz həmişə cavanlar üçün dua edirik. Ancaq əslində bu cavanlardır ki, əgər təravətli qəlblərinin qədrini bilsələr, duaları hər kəsin duasından daha çox qəbul olmağa yaxın olar. Duanın şərtlərindən biri - günahdan çəkinmək və tövbədir. Duanın qəbul olması haqqında hədisdə deyilir: “İnsan gərək başqalarına əziyyət verməkdən xaric olsun ki, duası qəbul olsun”. Hamımız günaha düçar oluruq. Kiçik və böyük. Allah Təaldan buna görə gərək üzr istəyək, istiğfar edib, tövbə edək. Gərək əzmimiz elə olsun ki, bir daha günah etməyək. Bəzən insan əzm edir, qərara alır ki, günah etməyəcəkdir, ancaq sonra səhv edir və qəflətə düşür. Həmin günah yenə insanın sorağına gəlir. Ona görə də yenə tövbə etmək lazımdır. Ancaq bu istiğfar ciddi və həqiqi olmalıdır. Günah etməmək üçün gərək həqiqi və ciddi bir qəsd olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün ibadət - duadır”. Nə zaman Allah bəndəyə dua izni verər, rəhmət qapısını onun üzünə açar. Duanın varlığı ilə heç vaxt heç kəs həlak olmaz. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) belə bir tövsiyə verir: “Bil ki, O kəs ki, dünya və axirətin mələkut xəzinəsi Onun əlindədir, sənə icazə vermişdir ki, Onu çağırasan. Duanın yerinə yetirəcəyinə zamin olmuşdur. Sənə əmr etmişdir ki, Ondan istəyəsən ki, sənə əta etsin. O, mehriban və bağışlayandır. Xəzinələrinin açarı həmin dua etmək və Ondan istəməkdir ki, sənin ixtiyarına qoyar. Ona görə də nə zaman istəsən, dua etməklə Onun xəzinələrinin qapısını aça bilərsən””. (Ali Dini Rəhbərin “Dua” kitabı) Oxşar xəbərlər
|