Necə ola bilər ki, İmam Həsən və İmam Hüseyn (ə) Həzrət Peyğəmbərin (s) övladları sayılsın?
Mьəllif: admin1
Tarix: 13-02-2024, 10:41
Necə ola bilər ki, İmam Həsən və İmam Hüseyn (ə) Həzrət Peyğəmbərin (s) övladları sayılsın?
Əyyaşinin təfsirində Əbul-Əsvəddən nəql edilir ki, deyir: “Bir gün Həccac Peyğəmbər (s) nəslinin sevənlərindən olan Yəhya ibni Muəmmərin dalınca adam göndərir və o, gələn zaman sual verir:

“Mən eşitmişəm ki, sən Həsənlə (ə) Hüseyni (ə) Peyğəmbərin (s) övladları hesab edirsən? Bu haqda Quran ayəsinə söykənirsən. Halbuki, mən Quranı əvvəldən axıra qədər oxumuşam və bu cür ayəyə rast gəlməmişəm”.

Yəhya onun cavabında deyir: “Ənam” surəsində bu ayəyə rast gəlmisənmi ki, deyir: “Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik.

(Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik).

Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq. Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər”. (“Ənam” 84-85).

Deyir: “Bəli oxumuşam”.

Yəha deyir: “Məgər bu ayədə İsa (ə) İbrahimin (ə) övladı hesab olunmamışdır? Halbuki, ata tərəfdən ona çatmırdı?””.

“Uyunil-əxbar” kitabında da İmam Kazım (ə) ilə Harun ər-Rəşidin bu haqda böyük mübihisəsi nəql edilmişdir.

O, İmam Kazıma (ə) deyir: “Siz necə deyə bilirsiniz ki, biz Peyğəmbərin (s) zürriyyəsindənik, halbuki Peyğəmbərin (s) oğlu olmamışdır? Nəsil ata tərəfindən olar, ana tərəfindən deyil. Siz onun qızının övladlarısınız”.

İmam Kazım (ə) da Yəhya kimi yuxarıdakı ayələri söyləyir və buyurur: “Ey Harun! İsanın atası kim idi?”. Deyir: “İsanın (ə) atası yox idi”.

Buyurur: “Ona görə də əgər o, peyğəmbərlərin zürriyyəsinə qoşulubdursa, Məryəm (s.ə) tərəfindən olmuşdur. Biz də Allah Peyğəmbərinin (s) zürriyəsinə anamız Fatimə (s.ə) vasitəsilə qoşulmuşuq”.

“Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik”. (“Ənam” 87).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031