Kini yaradan amillər. Kini müalicə etmək yolları
Kin hələ qədim zamandan insanların qəlbini qaraltmış və bir çox faciəyə səbəb olmuşdur. Bəs kini yaradan amillər hansılardır?
1. Qəlbin xəstə olması. Qəlbi xəstə olan insanlar – adətən o kəslərdir ki, imanları zəif olar. Tədricən nifaqa üz tutarlar. Hətta Peyğəmbərə (s) iman gətirən insanların içində kinli olanların sayı çox idi. Bu da imanın zəifliyindən xəbər verir. 2. Şeytani vəsvəsə. Şeytan (lən) insanın qatı düşməni olduğu üçün daima onu yolundan azdırmağa çalışar. İnsanların arasında təfriqə yayır və qəlblərinə kin toxumlarını səpir. 3. Təhqir və məzəmmət. Əmirəl-möminin (ə) buyurur: “Qardaşının malik olduğu xüsusiyyətlə döz, çoxlu danlama. Çünki bu iş kin gətirər”. 4. Söz gəzdirmək. O zaman ki, insan bir başqasından özü haqqında deyilən pis sözləri eşidər, qəlbinə kin toxumları səpilər və həmin insandan intiqam almaq istəyər. 5. Yersiz zarafat. İmam Əli (ə) buyurur: “Zarafatdan çəkinin. Çünki pislik gətirər və yerində kin qoyar. Kiçik təhqir hesab olunar”. 6. Mübahisə. Bir nəfər İmam Hüseynə (ə) deyir ki, əyləş və dinlə bağlı səninlə mübahisə edək. İmam ona buyurur: “Ey kişi! Mən dinimi tanıyıram və yolum mənim üçün məlumdur. Əgər sən dininə qarşı cahilsənsə - get və onu axtar. Mənim mübahisə ilə nə işim olar?! Şeytan insanı vəsvəsə edər”. Bəs bu dağıdıcı xəstəlikdən necə xilas olaq? 1. Pisliyə yaxşılıqla cavab vermək. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34). 2. İmanı gücləndirmək. İman – fitrətə qayıtmaq deməkdir. Quranın nəzərinə görə, hər kimin imanı güclü olar, qəlbi də hər cür rəzil sifətlərdən pak olar, o cümlədən kindən. 3. Təqva. Qurani-Kərim təqva əhlinə belə vədə verir: “(Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız». Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər”. (“Hicr” 46-47). 4. Hədiyyə almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə nifrəti qəlbdən çıxardar və kini qəlbdən aparar”. /Deyerler.org/ Oxşar xəbərlər
|