Çətinliyə düşdükdə Peyğəmbərin (s) buyurduğu bu “istiğfar” namazını tərk etməyin
İstiğfar tövbə etmək, bağışlanma diləmək, Allaha doğru dönmək mənasındadır. Həm Quranda, həm də hədislərdə çoxlu istiğfar etmək, Allahdan bağışlanma diləmək tövsiyə olunur.
Allah Rəsulundan (s) nəql edilir ki, dara düşdüyünüz zaman, məişət və dolanışıq çətinliyi ilə üzləşdiyiniz zaman Allaha pənah aparın və “istiğfar” namazı qılın. Bu namaz iki rəkətdir: 1-ci rəkətdə Həmd və Qədr surələrini oxuduqdan sonra 15 dəfə istiğfar edin və rükuya gedin, rükunun zikrini deyib ardınca 10 dəfə istiğfar edin. Rükudan qalxıb 10 dəfə istiğfar edin və səcdəyə gedin. Səcdənin zikrini dedikdən sonra (sübhanəllah-3 dəfə) 10 dəfə istiğfar edin. Sonra səcdədən qalxıb iki səcdə arasında 10 dəfə istiğfar edin, sonra ikinci səcdəyə gedin və ikinci səcdənin zikrindən sonra 10 dəfə istiğfar edin. Sonra başını səcdədən qaldırıb 10 dəfə istiğfar daha edin. Beləcə birinci rəkət bitir və ikinci rəkən üçün ayağa qalxırsan. İkinci rəkət də birinci rəkət kimi qılınır. Sonda təşəhhüd və salam verərək namazı bitirirsən. (Cəm istiğfarların sayı 150 ədəddir.) Allah Rəsulu (s) buyurub: “İnşəəllah Allah Təala bu namazla bütün işlərini və dolanışıq çətinliklərini sahmana salar” (Məkarimul-əxlaq 378) (İslaminSesi) Oxşar xəbərlər
|