Dua edəndə zərər istəməyin. Hətta hirslənib, mallarınız üçün də nifrin etməyin - mələklər dua edənə “amin” deyərlər
O zaman ki, özün üçün dua edirsən, Allahdan xeyir istə, şər deyil. Fayda istə, zərər deyil. Çünki o zaman ki, sən dua edirsən, mələklər “amin” deyir. Başa düşdün ki, nə edirsən? Onlar “amin” deyir və sən düzgün dua etməəsn, sonra peşman olarsan.
Hədislərdə oxuyuruq ki, insan zərərin ondan uzaqlaşması və mənfəət cəlb etmək üçün dua etməlidir. İstər maddi və istərsə də mənəvi olsun – bütün məsələlər üçün dua edək. Ancaq bir müsəlmanın başqası üçün və ya özü üçün zərər istəməsi bəyənilməmişdir. İnsan ya qəflət üzündən, ya da məyus olduğu üçün zərər istəyər. Hədislərin birində oxuyuruq ki, Həzrətdən (ə) soruşurlar: “Ölümdən də ən pis şey nədir?”. Buyurur: “Ölümdən də ən pis şey odur ki, o zaman ki, sorağınıza gəlir, ölümü arzu edərsiniz”. Yəni, insan məyus olan zaman özü üçün ölümü arzu edər. Allahdan arzu edən zaman xeyir işlər arzu et, zərər istəmə. Peyğəmbərimiz (s) buyurur: “Özün və başqaları üçün zərər istəmə. Övladınıza nifrin etməyin. Hətta mallarınıza belə nifrin etməyin”. Həzrət Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Allahdan istəməyin ki, cavanınızı cavan öldürsün”. Çünki aydındır ki, bu istəkdə şər vardır. Müşrik və kafirlər bu qədər Peyğəmbərə (s) əziyyət verirlər, səhabələri ona məsləhət görürlər ki, onlara nifrin etsin. Onlar deyirdilər: “Məgər Həzrət Nuh (ə) peyğəmbər deyildimi? O, öz qövmünə nifrin edirdi. Təxminən min il onları hidayət edir, ancaq onlar hidayət olmurlar, ona görə də onlara nifrin edir. Bu nifrinə görə hamısı tələf olur. Sən də öz qövmünə nifrin et ki, onlar da həlak olsunlar”. Həzrət Peyğəmbər (s) cavabında buyurur: “Allahım! Mənim qövmümü hidayət et, onlar başa düşmürlər. Mənə yardım et ki, onlara hakim olam, Sənin bəndəlik və itaət yolunda mənə cavab versinlər”. Peyğəmbərimiz (s) bu sözlərin ardınca getmir, o ki, qalsın nifrin etmək. Məsumlardan (ə) ibrət götürək. Beləliklə deyə bilərik ki, insanlara və özünə rahatlıqla nifrin etmə. Ola bilsin ki, nifrin etdiyin insan tövbə edib, İslam dininə əvəzsiz xidmətlər göstərsin. Oxşar xəbərlər
|