Çətinlik zamanı İmam Cavada (ə) bu cür təvəssül edin – Ayətullah Kəşmiri
Təvəssül anlayışı müsəlmanların yekdilliklə (vəhabilərdən başqa)qəbul etdiyi bir etiqaddır. Təvəssülün mənası Allaha yaxınlaşmaq üçün bir vasitə seçmək deməkdir. Yəni insan Allah dərgahına yaxınlaşmaq üçün hər hansı bir əməli, bir şeyi, yaxud bir şəxsi vasitə seçir. Məsələn hədisdə buyurulur:
“Sədəqə ömrü uzadır.” İnsan sədəqə verərək, onu ömrünün uzanmasına vasitə seçir. Necəki əxlaqsızlıq ömrü qısaldır. Həmçinin insan Allah dərgahında ehtiramı olan bir şəxsi öz dualarında vəsilə seçə bilir. Hecəki qövmü Həzrət Musanı Allahla Təala ilə öz aralarında vəsilə seçərək dedilər: Xatırlayın ki, siz Ya Musa! Biz eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. Tayfası Həzrət Musanı (ə) dua etmək üçün vasitə seçdi. Yaxud Həzrəti Yaqubun (ə) oğlanları Allahın onları bağışlamaları üçün atalarını vasitəçi seçdilər: “(Oğlanları ona: ) Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq! dedilər. (Yusif-97) İmam Rzadan (ə) nəql olunan bir hədisdə çətinlik zamanı, xüsusəndə dolanışıq və maddi çətinlik zamanı İmam Cavada (ə) təvəssül etmək tövsiyə olunub. İmam Rza (ə) onu (ə) bərəkət dolu övlad adlandırır və Allahdan onun (ə) adıyla istəyin deyə tövsiyə edir. Mənbələrdə İmam Cavada (ə) təvəssül edib, Allahdan onun (ə) adı ilə istəməyin bir neçə qaydası qeyd edilib. O cümlədən bunlardan biri də Ayətullah Kəşmirinin (r) buyurduğu qaydadır. Ustad buyurur: “Maddı çətinliklərinizi həll etmək üçün İmam Cavada (ə) təvəssül edin. Yasin surəsini tilavət edin və onu İmama (ə) hədiyyə edin”. (İslaminSesi) Oxşar xəbərlər
|