Mənim yanıma bunlarla gəlin ki sizə şəfaətçi olum – Həzrət Peyğəmbər (s)
Mьəllif: admin1
Tarix: 15-02-2018, 23:01
Mənim yanıma bunlarla gəlin ki sizə şəfaətçi olum – Həzrət Peyğəmbər (s)
Məad bəhsi Allahı tanıma və Peyğəmbəri (s) təsdiqdən sonra İslam dininin üçüncü əsas etiqadi məsələsidir. Məad sözünün mənası qayıdış yeri, dönüş nöqtəsi mənasındadır. Dini istilahda bu sözün mənası qiyamət və ya Allaha dönüş kimi dəyərləndirilir. Kər kəsin məada inanması şərt və vacibdir. Çünki bu bütün səmavi dinlərin və peyğəmbərlərin (ə) insanlara çatdırmaq istədiyi ən mühüm məsələdir:

“'Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (Bəqərə-156)

Bütün peyğəmbərlər (ə) və səmavi kitablar bizim Allahın hüzuruna “əliboş” qayıtmamağımız üçün göndərilib!

Həzrəti Peyğəmbər (s) buyurub:

“Mənə (qiyamətdə) 6 şeyi gətirin ki, mən də sizə cənnəti verim (şəfaətçi olum)

1-Danışarkən yalan danışmayın,

2- Vədə verdiyiniz zaman xilaf çıxmayın,

3- Sizə bir şey əmanət edildikdə xəyanət etməyin,

4- Gözlərinizi yumun (harama),

5- Ayıb yerlərininzi hifz edin (bədəninizi,həyanızı və iffətinizi qoruyun),

6- Dilinizi və əlinizi qoruyun! (haramdan, yalandan, iftiradan, qeybətdən, oğurluqdan...)

“Mənə (qiyamətdə) 6 şeyi gətirin ki, mən də sizə cənnəti verim (şəfaətçi olum)” (Xisal 1/321).


(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031