DUA – RƏHMƏT AÇARI
Mьəllif: admin1
Tarix: 16-02-2018, 23:17
DUA – RƏHMƏT AÇARI
Şübhəsiz ki, səsini ucaldaraq bəndəlik iddiası edənlər az deyil. Amma o kəslər həqiqi bəndələrdir ki, bu bəndəliyi əməldə göstərsinlər. Qəlbinə bəndəlik buxovu taxan insan yalnız Allah dərgahına əl açır. Başqalarına ümid gözü ilə baxan, möhtaca əl açan kəsləri kimsə Allah bəndəsi hesab etmir. Çünki Allahdan qeyrisinə ağız açmaq bəndəliklə uyuşmayan bir işdir.

Dini mətnlərimizdə dua, Allahla raz-niyaz ilahi rəhmət xəzinələrinin açarı kimi tanıtdırılır və ilahi mərhəmətin heç zaman tükənməyəcək sonsuz xəzinələri haqda məlumat verilir. Bu xəzinələrdən istifadə etmək üçün açara ehtiyac var və rəvayətlərdə bu açarın “dua”, “raz-niyaz” olduğu bildirilir. Hər bir bəndə istədiyi vaxt bu açar vasitəsi ilə mərhəmət xəzinələrini açıb ilahi mərhəmətdən faydalana bilər. İmam Əli (s) bir hədisdə buyurur:

الدُّعاءُ مِفتاحُ الرَّحمَةِ وَ مِصباحُ الظُّلمَةِ

“Dua rəmət açarı və qaranlıqda çıraqdır.” (“Tuhəful-uqul”, səh.86.)

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin 31-ci məktubunda oğlu imam Həsənə (ə) vəsiyyətində belə buyurur:

ثُمَّ جَعَلَ فِى يَدِكَ مَفاتيحَ خَزائِنِهِ بِما أَذِنَ فِيهِ مِنْ مَسْأَلَتِهِ، فَمَتى شِئْتَ اِسْتَفْتَحْتَ بِالدُّعاءِ أَبْوابَ خَزائِنِهِ وَاسْتَمْطَرْتَ شآبِیبَ رَحْمَتِهِ، فَلاَ یُقَنِّطَنَّكَ إِبْطَاءُ إِجَابَتِهِ؛

“İcazə verdiyi xəzinələrin açarını sənin əlinə vermişdir ki, istədiyin vaxt onun xəzinələrinin qapısını dua açarı ilə açasan, Onun rəhmət yağışını diləyəsən. Əgər duanın qəbulu təxirə düşərsə, bu təxir səni naümid etməsin!”

Odur ki, dualarımızda, Allahdan istəklərimizdə israrlı olmalı və bu işdən yorulmamalıyıq. İmam Əli (ə) buyurur:

فَالْحِحْ عَلَيْهِ فِى الْمَسْأَلَةِ يَفْتَحْ لَكَ اَبْوابَ الرَّحْمَةِ

“İstəməkdə və duada israrlı ol ki, sənin üçün mərhəmət qapısı açsın.”

Bəziləri soruşa bilərlər ki, nə üçün dəfələrlə dua etdikləri halda, onların duaları qəbul olunmur? Əgər dua ilahi rəhmət xəzinələrinin açarıdırsa, nə üçün bəziləri dua etdikləri halda bu xəzinələrə yol tapa bilmirlər? İmam Əli (ə) öz dəyərli kəlamları ilə bu şübhələri aradan qaldıraraq buyurur:

وَلا يَقْنُطْكَ اِنْ اَبْطَأَتْ عَلَيْكَ الاِْجابَةُ فَاِنَّ العَطِيَّةَ عَلى قَدْرِ الْمَسْأَلَةِ،

“Duanı gec eşitməsi səni ümidsiz etməsin. Həqiqətən, bəxşiş istəyin qədərindən asılıdır. (Nəhcül-bəlağə”, məktub 31.)

Əlbəttə, bir dəfə dua edib, oturmaq olmaz. Digər bir tərəfdən, duanın gec qəbul olunmasının da səbəbləri var. Əgər dua birinci dəfədə qəbul olunmursa, ümidimizi üzməməliyik. Duanın qəbulunun yubanmasının bir çox səbəbləri ola bilər. Məsələn, məqsəd dua edənin diqqətini cəmləşdirmək ola bilər. Allah-Taala insanın daha çox dua edib, daha çox mərhəmət qazanmasını istəyir. Çünki insanın hər duası bir mərhəmət gətirir. Əgər insan Allaha dua vasitəsi ilə yaxınlaşırsa, demək, çox dua etmək onun özü üçün faydalıdır. Hər halda, qəbulun bir yubanma səbəbi bəndəni daha çox duaya sövq etməklə onu daha geniş mərhəmətdən faydalandırmaqdır. Elə bu baxımdan, imam Əli (ə) buyurur:

وَرُبَّما اُخِّرَتْ عَنْكَ الاْجابَةُ لِيَكُونَ اَطْوَلَ لِلْمَسْأَلَةِ وَاَجْزَلَ لِلْعَطِّيَةِ، وَ رَبَّما سَأَلْتَ الشَّىْءَ فَلَمْ تُؤْتَهُ وَاوُتيتَ خَيْراً مِنْهُ عاجِلاً وَ اجِلاً، اَوْ صُرِفَ عَنْكَ لِما هُوَ خَيْرٌ لَكَ فَلَرُبَّ اَمْر قَدْ طَلَبْتَهُ فِيهِ هَلاكُ دينِكَ وَ دُنْياكَ لَوْ اوُتِيتَهُ، وَلْتَكُنْ مَسْأَلَتُكَ فيِما يَعْنيِكَ مِمَّا يَبْقى لَكَ جَمالُهُ وَيُنْفى عَنْكَ وَبالُهُ وَ الْمالُ لا يَبْقى لَكَ وَلا تَبْقى لَهُ، فاِنَّهُ يُوشَكُ اَنْ تَرى عاقِبَةَ اَمْرِكَ حَسَناً اَوْ سَيِّئاً...

“Daha uzun (çox) istəməyin, eləcə də, bəxşişin kamil olması üçün duanın eşidilməsində təxir baş verə bilər. Olsun ki, bir şey istəyəsən və sənə verilməyə, ondan da üstününü bu və ya o dünyada alasan, ya da onun verilməməsi daha yaxşı hesab edilə. Çox olsun ki, istədiyin bir şey sənə verilsəydi, dininin və dünyanın puçluğunu onda görərdin. O şeyi istə ki, sənə yaxşılığı daha davamlı, çətinliyi və əziyyəti isə uzaq olsun. Nə var-dövlət sənə qalar, nə də sən var-dövlətə. Tezliklə yaxşı və pis işinin sonunu görərsən...” (Nəhcül-bəlağə”, məktub 31.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031