İmam Səccadın (ə) oğlu Zeydin qeyrəti
Zeyd – İmam Səccadın (ə) oğlu idi və dövrünün ən cəsur insanlarından olmuşdur.
Bir gün Zeyd eşidir ki, Bəni-Üməyyənin süvari məmurları Həzrət Zəhra (s) haqqında mənfi ifadələr deyirlər. Zeyd o qədər əsəbləşir və narahat olur ki, özündən asılı olmadan ağlayır. Öz dostlarına deyir: “Məgər elə bir kəs yoxdur ki, HəzrətZəhra (s.ə) üçün qəzəblənsin? Məgər elə kəs yoxdur ki, Həzrət Peyğəmbər (s) üçün qəzəblənsin?”. Zeydin dostlarından biri onun sözlərindən təsirlənir və həmin məmuru tapır. Qılıncını çəkir və şücaətli şəkildə həmin pis söz deyən atlının üstünə hücum edir. Onu cəhənnəmə vasil edib, geri qayıdır. Bəni-Üməyyənin məmurları həmin cavana hücum edirlər. Zeyd öz dostları ilə müdafiə qurur, təkbir deyərək onların hücumunun qarşısını alırlar. Həmin cavanı xilas edirlər və məmurları qaşmağa vadar edirlər. Zeyd həmin şücaətli cavanın əməlindən sevinir və dostluq əlaməti olaraq alnından öpür. /Deyerler.org/ Oxşar xəbərlər
|