Qiyamətin 50 dayanacağı
Əbu Həmzə Somali duasında Qiyamətin dayanacaqlarına işarə edilmişdir. O zaman ki, bütün bəndələr, o cümlədən möminlər və muxlis bəndələr Qiyamətdə hazır olacaqlar, gərək bəzi dayanacaqları keçsinlər ki, məqsədlərinə çata bilsinlər.
Hədislərin nəzərinə görə, Qiyamətin 50 dayanacağı vardır ki, onların birincisi qəbirdən qalxıb, məhşər səhnəsində hazır olmaqla başlayar. Qurani-Kərim buyurur: “Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar”. (“Məaric” 4). İmam Sadiq (ə) bu ayəyə istinad edərək buyurur: “Sizin hesabınızı çəkməzdən əvvəl, özünüzdən hesab çəkin. Çünki qiyamətin 50 dayanacağı vardır, hər bir dayanacaq min il zaman çəkir”. İbni Məsud nəql edir: “Biz Əmirəl-möminin (ə) yanında əyləşmişdik və Həzrət (ə) buyurdu: “Qiyamətdə 50 dayanacaq vardır ki, hər bir dayanacaq min il zaman çəkir. İlk dayanacaq isə qəbirdən qalxmaqdır””. Bütün bu ayə və hədislərdən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü heç də təsəvvür etdiyimiz kimi bir gün olmayacaqdır. Məhşər səhnəsinə gəlib çatana qədər hər kəs 50 dayanacaqdan keçəcəkdir ki, hər biri min il çəkir. Bu dayanacaqlardan asan keçmək üçün hələ dünyadaykən gərək öz hesabımızı çəkək. /Deyerler.org/ Oxşar xəbərlər
|