İnsan müsəlman olmasa da belə, əgər sədaqətli olsa – Allah ona bərəkət verəcəkdir
İnsan həyatında bərəkət və xeyirə səbəb olan amillərdən biri də sədaqətdir. Hədislərimiz buyurur ki, hər kim sadiq olar, hətta müsəlman olmasa belə, həyatında bərəkət və xeyiri artar.
Həzər Peyğəmbər (s) buyurur: “Əgər iki tacir sədaqətli olarsa, bərəkət onlar üçün aşıb-daşar”. Həzrət Rəsuli-Əkrəm (s) bu hədisdə həmin tacirlərin müsəlman olmasını vurğulamadı. Buyurdu ki, sədaqətli olsa, bərəkəti aşıb-daşar. Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Sadiq olmaq – bərəkət mənbəyidir, yalan – xəcalətə və pis aqibətə səbəb olar”. Niyyətdə sədaqət. İmam Zaman (ə.f) duasında buyurur: “Allahım, mənə pak və düzgün niyyət tövfiqini ver”. Niyyət mövzusu o qədər mühüm mövzudur ki, Peyğəmbər (s) onun haqqında buyurur: “İnsan əməlinin necəliyi – niyyətin necəliyindən asılıdır”. Sonra bu cür izah verir: “Misal üçün, hər kim Allah və Peyğəmbərin (s) niyyətilə bir şəhərdən başqasına hicrət edər, həmin müqəddəs arzusuna nail olar. Ancaq o kəsin ki, hicrəti dünyanın maddi məsələsinə görə olarsa, ya qadınla evlənmək üçün olarsa – hicrəti də o yolda olacaqdır”. Ona görə də əgər insanın niyyəti düzgün olarsa, əməllərini də düzgün və pak edər. Əməldə sədaqət. Biz hamımız iddia edirik ki, müsəlmanıq. Bəs əməllərimizdə bunu təzahür edirikmi? Bəzən əməllərimiz iddialarımızla uyğun gəlmir. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman gül kimidir. Tikan kimi deyildir ki, başqalarının bədəninə girsin və onlara əziyyət versin. Müsəlmanın sancan dişi yoxdur ki, onunla kiminsə ruhuna əziyyət versin”. Hər kim namaz, ibadət və itaət əhli olar, qalan insanlar onun dilindən və əməlindən amanda olarlar. Biz həyatımızdan çox gileylər edirik. Halbuki, öz əməllərimizdən qafilik. O zaman ki, bərəkət əlimizdən gedir, şikayət etməyə başlayırıq və Allahı qınayırıq. Ancaq bütün bunların hamısının səbəbi – öz əməllərimizdədir. /Deyerler.org/ Oxşar xəbərlər
|