Quranın batini mənası çox dərindir, hər kəs ora düşə bilməz
Mьəllif: admin1
Tarix: 19-02-2018, 22:11
Quranın batini mənası çox dərindir, hər kəs ora düşə bilməz
Molla Fətəli Sultanabadi Quranı təfsir etməkdə xüsusi məharətə və istedada malik idi. Bəzən alimlər bəzi ayələrə müxtəlif təfsirlər verirlər ki, məşhur alimlər üçün təzə mövzu olur.

Ayətullah Seyyid Möhsün Həkim yazır: “Bir gün Axundun evinə getmişdim. O günü böyük alimlər, o cümlədən: Seyyid İsmayil Sədr, Hacı Nuri, Seyyid Həsən Sədr orada iştirak edirdilər.

Axund bu ayəni tilavət etdi: “Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq, tabe olasınız). Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru)yolu tapmış kəslər – belələridir”. (“Hucurat” 7).

Sonra onu təfsir edib, şərh etdi. Orada olanlar dedilər ki, indiyə qədər bu ayənin heç belə bir təfsirini eşitməmişdik.

Onlar Axudun evinə ikinci gün də gəldilər. Bu dəfə Axund həmin ayəni başqa cür təfsir etdi. Orada olanlar etiraf etdilər ki, çox təəccüblüdür ki, belə təfsiri heç eşitməmişdik.

Üçüncü gün yenə gəldilər. Yeni təfsir eşitdilər.

Beləliklə 30 gün dalbadal yenə Axundun evinə gəldilər və hər dəfə də həmin ayənin yeni təfsirini eşitdilər ki, indiyə qədər heç eşitməmişdilər”. (Həvzəh)

Allah Təala alimlərimizin fəhmini daha da bərəkətli etsin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031