Hansı 2 keyfiyyət insanın rəftarlarını dəyərə mindirir?
Allah Təala öz bəndələrinin ixtiyarına çox sayda nemət qoymuşdur. Bu nemətlərin həddi-hüdudu yoxdur. Əgər təfəkkür etsək, hər saniyə bizə verilən minlərlə neməti dərk edə bilərik.
Allahın biz insanlara əta etdiyi nemətlər bəzən batinidir və bəzən də zahiridir. Zahiri nemətlərə sağlamlığı, halal ruzini, gözəlliyi misal çəkmək olar. Ancaq Allahın nemətləri zahiri nemətlərlə bitmir. Ən dəyərli nemətlər - daxili və batini nemətlərdir. Allah Təala Quranda bu iki nemətlərə işarə edir və buyurur: “Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?!” (“Loğman” 20). Bu ayə İlahi nemətlərin çoxluğuna işarə edir. Həmçinin bu ayədə hər iki nemətə: batini və zahiri nemətlərə işarə edilmişdir. Alimlərdən biri nəql edir: “Tələbəlik dövründə qərara almışdım ki, hər həftənin cümə günü Qumun tanınmış küçələrindən birində yerləşən ümumi hamama gedəm. Hamamın qapısında bir kor yoxsul insan əyləşərdi. Hər həftə mən bu kor insanı özümlə hamama aparardım. Əvvəl paltarlarını yuyar və hamımın isti yerinə qurumağa qoyardım. Sonra özünü yuyundurur və tamamilə pak və pakizə edərdim. Bu işi hər həftə təkrar edərdim. Həmin kişi isə hamamdan çıxandan sonra məndən istəyirdi ki, onu üzü qibləyə çevirim və əllərini qaldırıb deyərdi: “Allahım, bu kişini dinində təsirli olanlardan qərar ver”. Bir qədər keçməmişdir ki, bu kor insanın duası yerinə yetdi və bu alim Əllamə Təbatəbai oldu. Bəli, Allah bizim ixtiyarımızda çox sayda nemət qərar vermişdir. “Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq, tabe olasınız). Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir”. (Hucurat” 7). Təfsirçilərin bəzisinin nəzərinə görə, bu ayə mühüm bir qanuna işarə edir. Bu qanunun adı lütfdür. Bu qanunu izah edən zaman bəyan edirlər ki, Allah Təala istəyir bütün insanlar həqiqi hidayətə və kamala çata bilsinlər. Ona görə də İlahi peyğəmbələrini (ə) insanları hidayət etmək üçün göndərmişdir. Səma kitablarını, o cümlədən Qurani-Kərimi nazil etmişdir. Sonrakı mərhələdə imanı insanların sevimlisi qərar vermişdir. Bu yolla insanlar bu iki nemətin hesabına dünya və axirət səadətinə çata bilsinlər. Ancaq bəzi insanlar rəftar və hərəkətələri ilə bu İlahi neməti həyatlarında məhv edirlər. Nəticədə imana nifrət edir və günaha eşq bəsləyirlər. Əgər bu iki nemət, yəni imana və ehsana eşq, günaha nifrət olmasa, rəftarlarımızın rəngi və dəyəri olmaz. Allah Ramazan ayında bizə fürsət verir ki, bu iki nemətdən istifadə edək və İlahi qürbünə yaxınlaşaq. Oxşar xəbərlər
|