Xanımlar həyat yoldaşı seçməkdə ixtiyar sahibidirlərmi?
Mьəllif: admin1
Tarix: 20-02-2018, 11:24
Xanımlar həyat yoldaşı seçməkdə ixtiyar sahibidirlərmi?
Həzrət Əmirəl-möminin Əli ibn Əbutalib Zəhra (s.ə.) ilə evlənmək üçün Həzrət Peyğəmbərin (s) hüzuruna gəlib ürəyinin istəyini açıqladı.

İmkan aləminin qütb nöqtəsi, aləm insanlarını ən yaxşısı Həzrət Peyğəmbər (s) buyurdu: "Ya Əli, başqaları da Zəhranın elçiliyinə gəlmişdilər. Mən onların sözlərini qızıma çatdırdım, amma o, razı olmadı və narazılıq əlaməti olaraq üzünü (yana) çevirdi. İndi sənin elçiliyini ona çatdırıram."

Sonra Həzrət öz qızının yanına gəlib buyurdu:

“Qızım, Əli sənə elçi gəlib. Bu barədə nə deyirsən?”

Bu dəfə Həzrət Zəhra əvvəlki dəfələrin əksinə olaraq üzünü çevirmədi və sükutu ilə razılığını bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) təkbir deyən halda onun razılığını Əmirəl-möminin Əli ibn Əbutalibə (ə) çatdırdı.

Diqqət yetirmək lazımdır ki, hətta Peyğəmbər (s) də qızı Zəhranın (s.ə) barəsində birbaşa, onun icazəsi olmadan qərara gəlmir, əksinə, evlənmə məsələsində qızının razılığını lazım və zəruri bilir. Bu əməl ilə bütün insanlara azadlıq dərsi verib öyrədir ki, qızlar həyat yoldaşı seçməkdə ixtiyar sahibi və azaddırlar.

Davud ibn Sərhan deyir: İmam Sadiqdən (ə) qızların ərə getməsi və onların ailə qurmaq istədikdə Həzrət buyurdu:

“Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər müxalifət etməsə, sükutu razılıq əlaməti hesab olunur.1

Əgər ərə getməyə razı olmasa, atası onu məcbur edə bilməz. Əgər qızı “mən nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm” deyərsə, hökmən onun istəyi ilə razılaşmalıdır.

Bu hədisdə Əbdürrəhman adlı bir şəxs İmam Musa ibn Cəfərdən (ə), qızını öz qardaşı oğluna vermək barədə məsləhətləşir.

İmam (ə) buyurur: “Eybi yoxdur, amma bu iş qızının razılığı ilə olmalıdır. Çünki o, həmin oğlanla birlikdə yaşayacaqdır.”2

İmam (ə) bu hədisdə qızların təfəkkürdə, yol seçməkdə düşüncə azadlığının səbəbini bəyan edir. O da həyatın müştərək, iki tərəfin razılığı əsasında olmasıdır ki, bu məsələ qızlarla əlaqədardır.

Onların həyat yoldaşları öz istədikləri şəxslər olmalıdır ki, birlikdə səfa-səmimiyyət içərisində xoşbəxt yaşaya bilsinlər. Quranın təbiri ilə desək, “batini və daxili aramlıq səbəbi” ola bilsin.

1 Rovzətül-müttəqin”, 5-ci cild, səh.393.
2 “Vəsailüş-şiə”, 14-cü cild, səh.214.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930