Ailədə qadın və kişi necə rəftar etməlidir?
Adət üzrə evin kişisi işdən gələndən sonra, ev əhlinin onunla rabitə qurmağa ehtiyacı yaranır.
Kişinin ailədəki düzgün rəftarı: 1. O zaman ki, iş yerinizi tərk edirsiniz, zehnən bir kağız götürün. İşdə olan bütün gəriginliklərinizi zehninizdə o kağıza qeyd edin, amma sonra həmin virtual kağızı tullayın. Pak olmuş beyinlə evinizə tərəf gedin. Ev əhli üçün bir şey alın. Evinizə daxil olan zaman işdə olanları sabaha qədər unudun. 2. Evə daxil olanda gözləməyin ki, həyat yoldaşınız mütləq sizi gül-çiçəklə qarşılayacaqdır. O, gün ərzində müxtəlif situasiyalarla rastlaşır və təbii ki, psixoloji durumu fərqli ola bilər. 3. Çalışın ki, işdə çatdıra bilmədiyiniz sənədlər və kağızlara evdə diqqət ayırmayasınız. Əgər çox vacibdirsə, ev əhli ilə lazımi rabitəni qurandan sonra, bunlara vaxt ayıra bilərsiniz. 4. Həyat yoldaşınıza sual verin ki, yaxşı gün keçirtmişdir, yoxsa yox. Sözlərinə diqqət edin. 5. Həyat yoldaşınıza təşəkkür edin, çünki bu iş möcüzə edəcəkdir. 6. Həyat yoldaşınızı sevindirəcək işlər görün. 7. Heç yaxşı iş deyildir ki, evə daxil olan kimi ev əhlinə diqqət etmədən, televizoru yandırasınız. Ya da kompyuter arxasında gizlənəsiniz. 8. Hər şeydən mühüm olanı budur ki, evə daxil olan zaman üzünüzdə təbəssüm olsun. Hətta çoxlu qayğılarınız varsa da belə. Qadının düzgün rəftarı: 1. Həyat yoldaşınızın uzun zamanı işdə keçirtmişdir. Ev mühitinə uyğunlaşmaq üçün zamana ehtiyacı vardır. Ona görə gözləməyin ki, evə daxil olan kimi əyləşib sizinlə ev məsələləri barəsində danışacaqdır. Ona yarım saat fürsət verin ki, uyğunlaşa bilsin. 2. Həyat yoldaşınızın evdə olduğunu başqa ev əhlinə hiss etdirin. Onunla hal-əhval tutun və söhbətlər edin. 3. Çalışın mühüm işlərinizi həyat yoldaşınız evə gələnə qədər sona çatdırasınız. Özünüzə fürsət verin ki, onunla əyləşib bir fincan çay içə biləsiniz. Şam yeməyinin zamanını elə tənzim edin ki, yoldaşınız da evdə olsun. 4. Ondan soruşun ki, günü necə keçmişdir. Ancaq onu sorğu-suala tutmayın ki, özünü məhkəmədə hiss etməsin. İşləri haqqında nəzər verməyin, sadəcə qulaq asın. 5. Ona əvvəl yaxşı xəbərləri verin. İmkan verməyin ki, şikayət və gileyləriniz xoş saatlarınızı sizdən alsın. 6. Vaxtınızı yaxşı keçirtmək üçün planlar qurun. Hər axşam yeni bir şey düşünün. 7. Həyat yoldaşınız evə daxil olan zaman televizora yapışmağınız heç də yaxşı deyildir. 8. Həyat yoldaşınız evə daxil olan zaman gülümsəyin və ona salam verin. Hətta əgər çətinliklərin yükü çiyninizə ağırlıq etsə də belə. Ən başlıcası – qarşı tərəfə güzəştə getməyi unutmaq olmaz. Necə ki, mübarək dinimiz bizə bunu tövsiyə edir. /Deyerler.org/ Oxşar xəbərlər
|