Ailənin xoşbəxt olması üçün sadə reseptlər
Ailə həyatı çox qarışıq bir məsələdir, bəzən gözlənilməyən bir rəftar – yersiz söz və ya adət etdiyi gündəlik cümlələr böyük çətinliyə çevrilə bilir. Cütlər arasındakı rabitəni böhrana salır.
Ola bilsin ki, kiçik gərginliklər tələskənlik üzündən ailə rabitəsinə ciddi zərər vursun. Bəziləri üçün ailə həyatı iti bıçaq üzərindəki hərəkətə bənzəyir. Ən kiçik büdrəmə insanı uçuruma sala bilir. Hər bir halda deyə bilərik ki, ailədə olan gərgin münasibət ailə rabitəsinə mənfi təsir qoyur. İnsanı tanımadığı bir dünyaya tərəf aparır. Belə gərginliklərdən uzaq olmaq üçün bəzi tövsiyələrə işarə edək: 1. Hisslərini bəyan etmək. Siz həyat yolaşınızı sevirsiniz və o, da bunu bilir. Lakin bu o demək deyildir ki, onu eşitməyə ehtiyacı yoxdur. Bu hərəkət onu göstərər ki, mən sənin barədə həmişə düşünürəm. 2. Məsuliyyətli olmaq. Məsuliyyət olmazsa, ailə dağılar. Müştərək həyat məsuliyyət hissi ilə başlayar, onunla da davam edər. 3. Ona dəyər verdiyinizi hiss etdirmək. O zaman ki, onunla iftixar edirsiniz, bunu ona hiss etdirin. Əgər qarşı tərəf bir mövzuya görə bütün səy və çalışmasını edirsə, onu tərifləyin. Etdiyi işin nə qədər əhəmiyyətli olduğunu vurğulayın. 4. Hörmətlə danışın və rəftar edin. O kəslər ki, bir-birinə hörmət etmirlər, daha çox düşmən olarlar, nəinki həyat yoldaşı. Əgər həyat yoldaşları arasında münaqişə baş verərsə, yaxşı olar ki, müsbət sözlərdən istifadə etsin. Misal üçün “mən” sözünün yerinə “biz” desin. Tədqiqatlar göstərir ki, o insanlar ki, münaqişə zamanı “biz” sözünü işlədirlər, daha tez problemlərini həll edə bilirlər. 5. Həyat yolaşınıza diqqət edin. O zaman ki, siz bir iş görürsünüz və başqası sizə diqqət edir, siz daha yaxşı hisslər keçirirsiniz. Ona görə də o şeylərə ki, vaxtını, enerjisini sərf etmişdir, ona diqqət edin. Misal üçün zaman ki, həyat yoldaşınız yeni paltar geyinir, yaxud saç düzümünü dəyişdirir, siz gərək ona diqqət edəsiniz. 6. Təşəkkür edin. Əgər həyat yoldaşınız sizdən razıdırsa və bunu söz və ya əməllə bəyan edirsə, o zaman qarşı tərəf də razı qalar. Bir-birinə təşəkkür etmək və qədrini bilmək – müştərək həyatın sütunlarını möhkəm edər. 7. Hədiyyə alın. Həyat yoldaşınıza - kiçik və ya böyük, fərq etməz - hədiyyə alın. Bu hədiyyə meyvə də ola bilər, kağıza bükülmüş gül də. Əsas olan - niyyətdir. Onun üçün hədiyyə almaq istəməyinizin özü həyat yoldaşınız üçün böyük hədiyyədir. 8. Müqayisə etməyin. Həyat yoldaşınızı başqaları ilə müqayisə etməyiniz rəqabət hissini doğurmaz, əksinə ailə rabitənizi gərginləşdirər. Müqayisə etmək yerinə, yaxşı cəhətlərini başqalarının yanında tərifləyin. 9. Yalan danışmayın. Hətta zəifliklərinizi gizlətmək üçün belə, yalan danışmayın. Yalan cütlərin arasında olan etimadı aradan aparar. 10. Dava etməyin. Bəziləri deyir ki, “dava - ailənin duzu və istiotudur”. Lakin siz dava etmək yerinə, yaranan problemi dostcasına danışaraq həll etməyə çalışın. Oxşar xəbərlər
|