Allah Təala bəndələrini səadət cəhətdən kamil yaratmışdır, yoxsa naqis?...
Mьəllif: admin1
Tarix: 21-02-2018, 15:17
Allah Təala bəndələrini səadət cəhətdən kamil yaratmışdır, yoxsa naqis?...
Ayətullah Bafəqi, Həsən (ə) imamzadəsinə gedən yolda bəhayi olduğunu söyləyən bir şəxslə qarşılaşır. Ona nəsihət və moizə verir. Onu batil yoldan qayıtmaq üçün tövbə etməyə dəvət edir. Həmin şəxs də Şeyxin bu sözləri qarşısında deyir: “Bizim bir alimimiz vardır ki, əgər siz onunla münazirə etsəniz, mən sizin yolunuza qayıdacağam”.

Sabahı gün həmin Şeyxin evinə gəldilər və münazirə etməyə başladılar. Bəhayi alim Quranın mütəşabih ayələrindən müəmmalı mənbəli kitablara istinad edərək, danışmağa başladı.

Ancaq fəqih Bafəqi dedi: “İndi bizim Quran ayələri ilə ki, onların elmi Məsumlarımızın (ə) yanındadır – işimiz yoxdur. Gəl əvvəl adi bəhslər edək”.

Sual verir: “Sənin nəzərinə görə Allah Təala bəndələrini səadət cəhətdən kamil yaratmışdır, yoxsa naqis?”.

Deyir: “Naqis”.

Sual verir: “Bu bəndələr kamala möhtacdırlar, yoxsa belə ölməlidirlər?”.

Deyir: “Əlbəttə, kamala ehtiyacları vardır”.

Sual verir: “Özləri kamal yolunu bilirlər, yoxsa yol göstərənə ehtiyacları vardır?”.

Həmin şəxs deyir: “Bəs onda deyim görüm İmam Həsən Əsgəridən (ə) sonra yol göstərən kimdir?”.

Alim deyir: “Allah Təala, Peyğəmbər (s), Həzrətin (s) vəsiləri məgər İmam Həsən Əsgərinin (ə) övladından başqasını bizə tanıdıblar?”.

Bəhayi alim başını aşağı saldı və təslim oldu.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930