Qurani-Kərimdə dünyanın sonunun təsviri
Mьəllif: admin1
Tarix: 28-06-2020, 09:11
Qurani-Kərimdə dünyanın sonunun təsviri
Qurani-Kərim Qiyaməti dünyanı sonu kimi tanıdır. Bəzi ayələr dünyanın sonu olan zaman Günəş və ulduzların ölməsinə işarə edir və buyurur:

“Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman, Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman, (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman”. (“Təkvir” 1-4).

Bəzi ayələr isə Ayın parçalanmasına işarə edər: “Qiyamət çox yaxınlaşdı və Ay parçalandı”. (“Qəmər” 1).

Bəzi ayələr isə ulduzların tökülməsinə işarə edir və buyurur: “Göy yarıldığı zaman, Ulduzlar dağılıb səpələndiyi zaman”. (“İnfitar” 1-2).

“Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər”. (“Furqan” 25).

“O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək”. (“Tur” 9).

Bəzi ayələr isə yerdə baş verəcək zəlzələyə işarə edərək buyurur: “Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman, Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman”. (“Zəlzələ” 1-2).

“Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!”. (“Vaqiə” 4).

Bəzi ayələr dağların tökülməsinə işarə edir və buyurur: “Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır. Beləliklə dağınıq toz halına düşəcəkdir”. (“Vaqiə” 5-6).

“Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər”. (“Nəbə” 20).

Bəzi ayələr isə dənizlərin partlamasına işarə edərək buyurur: “Dənizlərin dolacağı və qaynayacağı zaman”. (“Təkvir” 6).

Bəzi ayələr isə səmada olan tüstüyə işarə edir və buyurur: “Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə”. (“Duxan” 10).

Bəzi mütəxəssislər bu fikirdədirlər ki, Yer hələ 5 milyard il Günəşin ətrafında fırlanacaqdır. Günəş ömrünün sonunda bir şara bənzəyəcək və böyüyəcək, böyük bir ulduza çevriləcəkdir.

Bu zaman Yerdə min dərəcə hərarət olacaqdır. Həyatın bütün nişanələri aradan gedəcək və okeanların suyu buxara çevriləcəkdir.

Bəziləri isə bu fikirdədir ki, bir gün ulduzların həyatı sona çatacaq və partlayacaqdır. Ulduz qaynar bir torpağa çevriləcəkdir.

Bəli, bir gün dünyanın sonu gələcək və hələ ki, fürsət var, dünyadan axirətimiz üçün azuqə toplayaq və bu bir neçə günlük həyatı qənimət bilək.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930