Bütpərəstlik təkcə əl ilə düzəlmiş bütlərə ibadət etməkdən ibarət deyil
Mьəllif: admin1
Tarix: 23-02-2022, 11:03
Bütpərəstlik təkcə əl ilə düzəlmiş bütlərə ibadət etməkdən ibarət deyil
Bütün səmavi dinlərin əsas hədəfi Allahı tanımadır. İlahi dinlərin gətirdiyi qanunlar və Peyğəmbərlərin (ə) yeganə istəyi də məhz bu olub – Allahı tanıma!

Allahı tanımaq müxtəlif mərhələlərdə baş verir və ilkin mərhələsindən kamil mərhələsinə qədər müxtəlif formalarda təzahür edir. Qurani-kərim ayələrinə görə hatta müşriklər, kafir olanlar belə Allahı təsdiq edir:

“Həqiqətən, əgər onlardan (bütpərəstlərdən): Göyləri və yeri kim yaratmışdır?! – deyə soruşsan, mütləq “Allah!” – deyə cavab verəcəklər. (Zümər-38)

Bu da o deməkdir ki, Allahı tanımanın, təsdiq etmənin mərhələləri vardır. Kimi hələ ibtidai səviyyədə tanıyır, kimi də kamil tanımağa doğru müəyyən mərhələlər addımlamışdır. Şirk və bütpərəstlik də bu cürdür. Onun da özünə məxsus mürəkkəbliyi və qatqıları vardır.

Peyğəmbərliyin əsl hədəfi də məhz budur – İnsanları şirk və bütpərəstlikdən tam kamil imana, Allahı tanımağa götürmək.

İnsan bu mənəvi zirvəyə yüksəlmədikcə iman gətirsə belə kamil iman deyil, şirk və bütpərəstliklə qarışıq imandır.

Necəki Quran buna işarə edərək buyurur: “Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!”. (Bəqərə-22)

Ayədə “bilə-bilə” deyə buyurulur. Bilmək yəni Allahı tanımaq, iman etmək, Allahı təsdiq etməkdir.

Bu da o dəməkdir ki, iman edənlərin belə daxili bütü və şirki vardır. Kamil imana yetişməyin yeganə yolu insanın öz daxili bütü və nəfsi ilə mübarizə aparıb, onları sındırmaqdır.

Buna nail olmadığı müddətcə öz insanlıq vəzifəsini tam yerinə yetirməmişdir deməkdir. Ustad Fatimi Niya bu mətləbə, daxili bütpərəstliyə işarə edərək belə buyurur:

“Bizim çoxlu bütlərimiz vardır. Biz gərək bu bütləri sındıraq. Məsələn qəzəb bu bütlərdən biridir. Əgər daxilimizdə olan bu bütü sındırmadıqca nafilə namaz qılsaq, Cövşən-kəbir oxusaq, Nüdbə duası oxusaq, məscidə, mədrəsəyə getsək nə fayda?

“Yol” üzümüzə bağlıdır!

Öncə gərək burdan (bütləri dağıtmaqdan) başlayaq!”

Bəli bütpərəstlik təkcə əl ilə düzəldilmiş bütlərə pərəstiş deyil. Bəzən insan öz daxilində belə nəfsindən büt düzəldir.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031