Əllamə Təbatəbainin İmam Rzanın (ə) ziyarəti ilə bağlı sirli göstərişi
Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir-60)
Qurana əsasən dua özü də bir növ ibadətdir. Həm də əməli ibadətlərdən hasil olmuş qəlbani, ruhani bir ibadət. Çünki insan elm, əməl, müəyyən zikr və ibadətlərin təsiri nəticəsində əldə etdiyi agahlığla Allahın bəndəsi olduğunu, bir sözlə ona möhtaclığını dərk edir. Nəticədə bu dərk onda dua halını formalaşdırır. İnsanda dua halının, qəlbi mərifətin hasil olması üçün müəyyən vacib amillər vardır. Bu amillərə məsələn oruc halında olmağı, qəlbin yumşalıb kövrəldiyi anı, yaxud tənhalıq halında olmağı misal çəkmək olar. Həmçinin böyük mənəviyyat sahibi olan şəxslərin hüzurunda, onların mənəvi halından təsirlənib qəlbin nuraniyyət kəsb etdiyi anı da misal çəkmək olar. Allah dərgahında ali məqamlı Əhli-beyt (ə) imamlarının pak, müqəddəs hərəmlərinin ziyarətini də bu növ “Allah dostunun hüzurunda qəbilindən” hesab etmək olar. Çünki Qurani-kərim bu cür şəxsiyyətlərin dünyadan köçməsini yoxluq hesab etmir. Əksinə Allah yanında ali məqama sahib olduqlarını bildirir. Onları ziyarət etmək də bir növ bu ali məqamın nuranıyyətindən bəhrələnmək mənasındadır. Bir gün Əllamə Təbatəbaidən soruşurlar: Necə edək ki, İmam Rzanın (ə) ali məqamından bəhələnək, İmam (ə) Allah yanında bizim üçün duaçı, vasitəçi olsun? Mərhum Əllamə buyurdu : Hərəmə gedin və deyin: "Bi Fatimətə! Bi Fatimətə! Bi Fatimətə!" (Fatimə hörmətinə!) İmam cağrışınıza cavab verər! (Sizin üçün Allah yanında duaçı olar)”. Oxşar xəbərlər
|