Cümə gecəsində hansı duaları edək?
Mьəllif: admin1
Tarix: 22-02-2018, 21:49
Cümə gecəsində hansı duaları edək?
İmam Sadiq (ə) buyurur: “O zaman ki, cümə gecəsi gəlib çatar, dənizdəki balıqlar başlarını sudan çıxardarlar. Səhra vəhşiləri başlarını qaldırar və Allah Təalaya nida edərlər: “Pərvərdiagara! Bizlərə insanların günahına görə əzab vermə”.

İmam Baqir (ə) buyurur: “Sübhan Allah hər cümə gecəsi mələyə əmr edər ki, gecənin əvvəlindən axırına qədər aləmlərin Pərvərdigarı tərəfindən ərşin yuxarısından car çəksin: “Elə bir mömin bəndə vardırmı ki, səhər açılmazdan əvvəl iki aləm üçün Məni çağırsın ki, Mən də hacətini yerinə yetirim?

Elə bir mömin bəndə vardırmı ki, səhər açılmazdan əvvəl tövbə etsin və Mən də tövbəsini qəbul edim?

Elə bir mömin bəndə vardırmı ki, ruzisində çətinlik yaranmışdır və səhər açılmazdan əvvəl Məndən istəsin ki, ruzini artırım?

Elə bir xəstə mömin bəndə vardırmı ki, səhər açılmazdan əvvəl Məndən şəfa istəsin və Mən də ona sağlamlıq verim?

Elə bir zülm görmüş bəndə vardırmı ki, səhər açılmazdan əvvəl Məndən zülmün aradan qalxmasını istəyər və mən də zalımdan intiqam alaram?”.

Mələk bu nidaları səhər açılana qədər deməyə davam edər”.

Əmirəl-möminin (ə) buyurur: “Allah Təala cüməni bütün günlərin arasından seçmişdir. Gündüzünü bayram adlandırmış, gecəsini də gündüzü kimi fəzilətli etmişdir. Cümə gününün fəzilətlərindən biri budur ki, o günü Allahdan hansı hacət istənilsə, yerinə yetər”.

İmam Baqir (ə) buyurur: “Cümə günü quşlar bir-birinə rast gələndə bir-birinə salam verərlər və deyərlər: “Bu gün – dəyərli gündür”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031