Namaz insana niyə vacib olub?
Namazda “Həmd” və surəni qiraət etməyin fəlsəfəsi budur ki, Quran davamlı olaraq möminin varlığında, ruhunda və diqqətində olsun. Həmişə təzə və diqqət olunan olsun.
İmam Rza (ə) buyurur: “İnsanlar namazda qiraətə ona görə məmur olublar ki, Quran tərk edilməsin və insanlar onun elmindən bəhrələnsinlər”. Allahın Peyğəmbəri (s) buyurub: «Allah Təala namazı mənim gözlərimin nuru etdi. Yemək acın, su təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram». İmam Sadiq buyurub (ə): «Allahın yanında ən sevimli iş – namazdır və o, peyğəmbərlərin insanlara son tövsiyəsidir». Allahın Peyğəmbəri (s) buyurub: «Həqiqətən dinin sütunu – namazdır və Adəm övladından soruşulan ilk şey – namaz olacaqdır. Namazı doğru olsa, o biri əməllərinin hesabatı aparılacaqdır. Doğru olmasa, digər əməllərinin hesabatı aparılmayacaq». İmam Əli (ə) buyurub: «Kim namazı onun həqiqətini dərk edərək qılsa, günahları bağışlanar». İmam Sadiq (ə) buyurub: «Əgər sizlərdən birinizin qapısının ağzından bir arx axarsa və gündə beş dəfə o arxda yuyunsa, bədənində bir çirk və natəmizlik qalarmı? Namaz da, həmin bu paklayan, təmizləyən su arxına bənzəyir. İnsan namaz qılanda, namaz yalnız onu imandan çıxardan və israrla əməl etdiyi günahdan başqa, bütün günahlarını təmizləyər». Xanım Fatimeyi-Zəhra (ə) buyurub: «Allah Təala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi». Allahın Peyğəmbəri (s) buyurub: «Namazda olduğun müddətdə Qadir Padşahın evinin qapısını döyürsən. Kim padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır». İmam Əli (ə) buyurub: «Əgər namaz qılan, Allahın cəlalından hansı tacının onu əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi». İmam Baqir (ə) buyurub: «İmam Səccad (ə) namaza dayananda, sanki ağacın gövdəsi olurdu. Küləyin əsməyi ilə hərəkətə gələn şeylərdən başqa, ondan heç nə tərpənmirdi». Allahın Peyğəmbəri (s) buyurub: «Namazda xuşu (və mütilik) halında olmayanın namazı, namaz deyil». Allahın Peyğəmbəri (s) «Xuşu nədir?» sualının cavabında buyurub: «Namazda mütilik və bəndənin tam qəlbi ilə öz Rəbbinə üz tutmasıdır». /Deyerler.org/ Oxşar xəbərlər
|