Günah anlayışına əhəmiyyət verməməyin acı nəticəsi – Əxlaq ustadından dəyərli tövsiyə
Mьəllif: admin1
Tarix: 22-02-2018, 21:58
Günah anlayışına əhəmiyyət verməməyin acı nəticəsi – Əxlaq ustadından dəyərli tövsiyə
Günah anlayışı yalnız dini mətlərdə, din dünyagörüşündə işlədilən bir məfhumdur (termindir). Bu anlayış digər dünya görüşlərdə, xüsusən də materialis dünyagörüşündə pis əməl, pis iş kimi qeyd olunur.

Günah anlayışı “pis iş” anlayışından daha ümumi, daha geniş mənadadır. Çünki günah dedikdə həm “pis iş” olaraq dünya işləri, həm də bu pis işin Allah qatındakı mənfi qiyməti nəzərdə tutulur. Yəni günah dedikdə Allah Təala və Onun bu əmələ “nəzəri-diqqəti” nəzərdə tutulur. Çünki bu cür baxış etiqada əsaslanan bir baxışdır.

Allaha və günahın acı nəticəsinə etiqadı olan şəxs üçün artıq “pis iş” anlayışı kiçik və cılız görünür. Özündə yaradana etiqad formalaşdıran kəs artıq əməllərini Allahın təyin etdiyi meyar əsasında nizamlayır.

Bu səbəbdən günah anlayışı daha geniş, daha əhatəli bir məfhumdur. Əgər bir kəsdə günah düşüncəsi formalaşsa artıq onun üzərində ikinci bir nəzarətçiyə, “pis işini” gizlədəcək ikinci bir “kəsə” ehtiyac olmayacaq. Daima öz üzərində Allah Təala kimi bir nəzarətçini görmək ona kifayət edəcək.

Yox əgər günah anlayışına sahib olmasa öz “pis işini” heç kimin olmadığı, onu heç kimi görmədiyi yerdə təkrar edəcək. Yaxud günah anlayışına sahib olsa belə, lakin günahın mahiyyətini dərk etməyib onu kiçik hesab edərsə yenə də öz əməlində israrçı olacaq. Bunu üçün insanın günah anlayışına sahib olması lazımdır. Həm də günahında israrçı olmayan ciddi bir anlayışa!

Böyük əxlaq ustadlarından Ayətullah Xoşvəqt bu məsələyə diqqət çəkərək belə buyurur:

“Bəziləri ya adət ediblər, ya da cahildirlər. Günahı yüngül hesab edirlər.

Günaha mürtəkib olmağlarına diqqət etmirlər (günah anlayışına). Deyirlər heç nə olmaz!

Hətta cibə girənlər deyir ki: “Heç nə olmaz adam öldürməmişəm ki? Cibə girmişəm!”

Xeyr! Belə deyil!

Bütün bunlar günahı kiçik hesab etməkdən (yaxud yox saymaqdan) irəli gəlir. Bu işdə daha da israrçı olur.

İnsan nə qədər ki, belə davam etsə (mənəviyyat) azuqəsindən əli boş qalar.”
(İslaminSesi)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930