“... Əgər itlər başa düşsələr ki, bu, xəlifənin yeməyidir – ondan yeməyəcəklər!”
Mьəllif: admin1
Tarix: 24-02-2018, 20:58
“... Əgər itlər başa düşsələr ki, bu, xəlifənin yeməyidir – ondan yeməyəcəklər!”
Bir gün Harun xüsusi nökəri vasitəsilə Bəhlul üçün yemək göndərir. Nökər yeməyi onun yanına qoyur və Bəhlul deyir: “Mən bu yeməyi yemərəm, onu hamamın arxasında olan itlərə at”.

Nökər bu sözlərdən çox əsəbiləşdi və dedi: “Ağılsız, bu Harunun xüsusi yeməklərindəndir. Əgər mən bu yeməyi hökumət vəzirlərindən birinin yanına aparsaydım, mənə mükafat verərdilər. Sən onu rədd edirsən, ona görə də ağılsızsan”.

Bəhlul deyir: “Yavaş danış, əgər itlər də başa düşsələr ki, bu, xəlifənin yeməyidir – ondan yeməyəcəklər!”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031