Əqiqə qurbanı neçə nəfərə verilir? Bu qurbanın fəlsəfəsi nədir?
Mьəllif: admin1
Tarix: 26-02-2018, 21:26
Əqiqə qurbanı neçə nəfərə verilir? Bu qurbanın fəlsəfəsi nədir?
Əqiqə qurbanı – körpə dünyaya gələndən sonra yerinə yetirilən müstəhəb əməllərdən biridir. Əqiqə belə bir əməldir ki, əgər valideyn övladı körpə olan zaman onu yerinə yetirməyibdirsə, böyüyəndən sonra da yerinə yetirə bilər. İnsan hətta özü üçün belə, əqiqə qurbanı kəsə bilər. Necə ki, Peyğəmbər (s) nübuvvətindən sonra özü üçün əqiqə qurbanı kəsmişdi.

Bu hökmün də başqa hökmlər kimi hikmətləri vardır. Onların bəzisi bizim üçün aşkardır, bəzisi isə naməlum.

İmam Sadiq (ə) buyurur: “Nə zaman əqiqə kəssən de: Allahın adı və Allahın yardımı ilə! Pərvərdigara, bu filankəs tərəfindən olan əqiqədir ki, əti onun əti qarşılığında, qanı onun qanı qarşılığında, sümükləri onun sümükləri qarşılığındadır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir oğlan (övladı) əqiqəsinin girovundadır ki, yeddinci günü onun üçün kəsilər”.

İmam Sadiq (ə) buyurur: “Hər körpə əqiqənin girovundadır”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, bu qurban körpənin gələcək həyatına müsbət təsirlərini göstərəcəkdir. Ondan başqa, ehtiyacı olan müəyyən sayda insanın qarnı doyacaqdır.

İmam Sadiq (ə) buyurur: “Övladının dünyaya gəldiyi yedddinci günündə əqiqə et. Əqiqəni sümükləri sındırmadan tikə-tikə et. Onu bişirəndən sonra müsəlmanları dəvət et”.

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur ki, bu qurbanın dördə biri doğuş mamasına verilsin. Əgər doğuş maması yoxdursa, uşağın anası hər kimə istəsə, onu versin. Yemək üçün 10 nəfər müsəlmanı dəvət etsin. Əgər çox olarsa ,nə yaxşı.

Abdullah ibni Bəkir nəql edir: “İmam Sadiqin (ə) yanında əyləşmişdim. Əmisi tərəfindən bir nəfər gəlib dedi: “Sizin əminiz soruşur ki, övladımız üçün əqiqə axtardıq, ancaq tapmadıq, indi nə edək? Pulunu sədəqə verək?”.

İmam (ə) buyurdu: “Xeyr. Allah doğulmuş körpə üçün (qurbanlıq) qanın tökülməsini və başqalarının yeməyə dəvət olunmasını sevir””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031