Niyə əməllərimiz nəticə vermir?
Mьəllif: admin1
Tarix: 19-02-2022, 21:33
Niyə əməllərimiz nəticə vermir?
Allah yolunun yolçusu olmaq istəyən hər bir bəndə bu yolda öz səylərini və çalışmalarını edər. Ancaq bəzən də gileylənər ki, niyə əməlləri nəticə vermir.

Molla Məhdi Nəraqi buyurur: “Bir nəfər dəri xəstəliyinə düçar olur və həkimə müraciət edir. Həkim ona deyir ki, sən üç şərtlə sağalarsan. Onları tək-tək etmək fayda verməz. Bir yerdə olanda təsirli olur. Əvvəl gərək pəhriz edəsən, bəzi şeylər dəridə həssaslıq yaradır. İkincisi bir şərbət vardır ki, batindən bu xəstəliyi müalicə edər. Üçüncüsü də bir yağ vardır ki, bu yağı sürtürsünüz ki, gecəni rahat yatasınız. Həmin xəstə gedir və bir həftə sonra gəlir ki, yaxşı olmamışam. Həkim deyir ki, niyə? Pəhriz etmədim, şərbət ala bilmədim. Həmin yağ evdə olduğu üçün onu sürtdüm. Həkim deyir: Ey ağılsız! Yağ sürtməklə bir yerə çıxmaq istəyirsən?”.

Bəli, insanların bir çoxu ancaq yağ sürtməklə məşğuldurlar. Günahlardan pəhriz etmək yadlarına düşmür. Şərbət isə ibadətin qəlbidir, yəni batinə diqqət etməkdir. İnsan düşünməlidir ki, Allah niyə mənim namaz qılmağımı itəmişdir? Niyə məndən oruc tutmağımı istəmişdir? Yağ sürtmək - ancaq zahiri bir işdir. Zahir, batin olmadan kamil olmaz. Batin də zahir olmadan kamil olmaz.

İnsanın ibadəti o zaman onun əxlaqına və rəftarına təsir edər ki, hər bir şərti yerinə yetirilsin. Əgər ibadətimiz bizim əxlaqımıza təsir qoymursa, deməli biz onun səbəbini niyyətimizdə, əməlimizin naqisliyindən axtarmalıyıq.

Gəlin qıldığımız namaza bir nəzər salaq. Namaz insanı Allaha yaxınlaşdırar, ancaq hər nə qədər namazdan uzaq olarıqsa, təsirini azaltmış olarıq. Əgər günahkar insan namazı tərk edərsə, onun halı necə olar? Şübhəsiz ki, onun qıldığı namaz, rəftarlarına və əməllərinə az da olsa təsir qoyar. Əgər bu namaz da tərk olunarsa həmin şəxsin günahı və çirkin əməlləri də artar. Namaz insanı çirkinliklərdən saxlayar.

Nəql edilir ki, bir cavan Həzrət Peyğəmbərlə (s) bir yerdə namaz qılardı, ancaq günah da işlədərdi. Bunu Həzrətə xəbər verirlər və Peyğəmbər (s) buyurur: “Nəhayət bu namaz onu bir gün pislikdən və çirkinlikdən saxlayar”. Çox çəkmədi ki, həmin cavan tövbə etdi və pis işlərdən əl çəkdi.

O insanın ki, qəlbi saf və təmizdir, əgər namaz qılarsa, daha saf və təmiz olmazmı? Hər bir insanın namazı onun mərifətinin ölçüsü qədər təsirli olar. Xalis niyyət, qəlb hüzuru, başqa şərtlər namazda riayət olunmalıdır. Bu şərtlər hər kəsdə fərqli yerinə yetirildiyi üçün, təsirləri də fərqlidir. Hər bir halda heç bir namaz təsirsiz deyildir.

Hər bir əməl belədir. Bir əməli yerinə yetirən zaman müqəddimələrini yerinə yetirmək lazımdır. Əgər mənəviyyat ardıncayıqsa, bir sıra etməli və etməməli olduqlarımız vardır. Biz əgər bu yolda irəliləmək istəyiriksə, gərək onlara riayət edək. Misal üçün əgər oruc tuturuqsa, gərək bütün bədən üzvlərimiz oruc tutsunlar. Əgər mən orucsamsa və gözüm naməhrəmə baxırsa, dilim qeybət edirsə, qulağım töhmət eşidirsə - bu orucun nə faydası olar ki?

Lakin hər bir halda deyə bilərik ki, Allahın bizlərə vacib buyurduğu hər bir əməlin təsiri vardır. Onun az və ya çox olması bizim mərifətimizdən və agahlığımızdan asılıdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930