İmam Əlini (s) sevən şəxsi nə kimi mükafatlar gözləyir?
Mьəllif: admin1
Tarix: 27-02-2018, 10:22
İmam Əlini (s) sevən şəxsi nə kimi mükafatlar gözləyir?
İbn Ömər nəql edir: "Biz Peyğəmbərdən (s) möminlərin Əmiri haqqında soruşduq. O, narahat oldu və buyurdu: "Niyə insanlar məndən Allah yanında məqamı mənim məqamıma bərabər olan şəxs haqqında soruşurlar?! Kim Əlini (ə) sevsə, məni sevmiş olur və kim məni sevsə, Allahın razılığı onun üzərindədir. Allahın razılığı olduğu kəs Cənnətlə mükafatlandırılacaq.

Bilin və agah olun! Əlini (ə) sevən Kövsər hovuzundan içməmiş və Tuba ağacından yeməmiş bu dünyanı tərk etməyəcəkdir. Həmin kəs özünün Cənnətdəki yerini görməmiş bu dünyadan köçməz. Əlini sevən kəsin namazları, orucları və gecəni oyaq qalması qəbul olunacaq və o, öz dualarına cavab alacaq.

Bilin ki, mələklər Allahdan Əlini (ə) sevən kəsin günahlarının bağışlanmasını diləyəcəklər. Cənnətin səkkiz qapısı onun üçün açılar və o, hansı qapıdan istəsə (Cənnətə) daxil olar. Əlini sevən istənilən kəsin hesab-kitabı sağ əlinə veriləcək və peyəmbərlər kimi sorğu-sual olunacaq.

Bilin və agah olun! Allah Əlini (ə) sevən kəsin ölümünü asanlaşdırar və onun qəbrini cənnət bağlarından bir bağa çevirəcəkdir. Allah Əlini sevən kəsə bədənində olan damarların sayı qədər cənnət hurisi bəxş edəcək və o, öz ailəsindən səksən nəfərə şəfaət etmək imkanı verəcək. Allah həmin kəsə bədənindəki tüklərin sayı qədər cənnət hurisi və şəhər bəxş edəcək. Allah Əlini sevən kəs üçün ölüm mələyini peyğəmbərlərə göndərdiyi kimi (tərzdə) göndərəcək. Allah onu Nəkir və Munkərin qorxulu sorğu-sualından azad edəcək, üzünü ağ edərək nurlandıracaq və o, şəhidlər ağası olan Həmzəylə birgə olacaq.

Bilin və agah olun! Allah Əlini (ə) sevən kəsin qəlbinə elm və hikmət nazil edər, dili həqiqəti danışmaqla mehribanlıqla açılar və rəhmət qapılarını onun üzünə açar.

Bilin və agah olun! Bu cür insan "Allahın yerdə və göydə olan məhəbbət kəməndinin əsiri" adlanar.

Bilin və agah olun! Mələk ərşin altından Əlini (ə) sevən kəsə deyəcək: "Ey Allahın qulu, əməlinə yenidən başla! Çünki Allah sənin bütün günahlarını bağışlamışdır”.

Bilin və agan olun! Əlini (ə) sevən kəs Qiyamət günü diriləcək və onun üzü gecə çıxan on dörd gecəlik Ay kimi parlaq olacaqdır.

Bilin və agah olun! Əlini (ə) sevən kəsin başına tac qoyulacaq və əyninə şərəf geyimi geyindiriləcəkdir.

Bilin və agah olun! Əlini (ə) sevən kəs Sirat körpüsündən surətli ildırım kimi keçəcəkdir.

Bilin və agah olun! Əlini (ə) sevən kəsə cəhənnəm odundan azad olmaq, Sirat körpüsündən keçmək icazəsi və cəzalanmaqdan amanda qalmaq bəxş olunacaq. Onun üçün tərəzi (haqq-hesab tərəzisi), ədalət məhkəməsi qurulmayacaq və ona deyiləcək: "Cənnətə sorğu-sualsız daxil ol".

Bilin və agah olun! Mələklər Əlini (ə) sevən kəslə əllə görüşəcək, peyğəmbərlər ona baş çəkəcək və Allah onun bütün istəklərini yerinə yetirəcək.

Bilin və agah olun! Allah Muhəmməd (s) ailəsini sevən kəsi haqq-hesabdan, tərəzidən (əməllərin ölçülməsindən) və Sirat körpüsündə ayağının büdrəməsindən amanda saxlayacaq. Mən Muhəmməd (s) ailəsini (Əhli-Beyti) sevərək ölən şəxsə Cənnətdə peyğəmbərlərlə birlikdə olmağı zəmanət verirəm.

Bilin və agah olun! Muhəmməd (s) ailəsinə (Əhli-Beytə) düşmənçilik edərək ölən kəs heç vaxt Cənnətin iyini duymayacaqdır"”.

Əbu Rəca deyirdi: "Həmmad ibn Zeyd bununla fəxr edir və deyirdi ki, bu, (Əhli-Beytə məhəbbət) əməllərin qəbul olması üçün əsasdır".

(Mənbə: Şeyx Səduqun "Şiənin fəzilət və xüsusiyyətləri" kitabı)

(Allahverdi Əlizadə, “Dəyərlər”)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031